Sonra küçələr sakitləşir, evimə çəkilir və içimdəki səslərlə baş-başa qalırdım. Çox darıxırdım. Təkcə evim üçün deyil, ailəm üçün deyil... Mən hər yerdə özümü axtarırdım. İçimin bir guşəsində gizlənmişdim. Darıxdığım köhnə "Mən”in içimdə bir yerdə olduğunu bildiyim halda, onu tapa bilmirdim.
Yeganə istədiyim şey onun həyatımdan biryolluq çəkilməsi idi. Bəlkə, beş il, on il sonra onun barəsində xoş bir xəbər eşidərdim. Köhnə tanış kimi. Bir neçə saniyəlik keçmişi xatırlayıb, sonra öz həyatıma davam edərdim. Mənim istədiyim bu idi. Tezliklə iki yad insana çevrilməyimiz...