Göyü bulud alar, üfüq daralar,
Bağı xəzan dalar, yarpaq saralar,
Yerdə çöp alışar, torpaq qaralar,
Sinədə dağ yanar, közü görünməz.
Zirvə buz bağlayar, döşə qış düşər,
Dərəni su ovar, düzə daş düzər.
Üzə yel toxunar, gözə yaş düşər,
Qəlbdə tufan qopar, izi görünməz!