Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).
1924-cü il iyunun 15-də Qazax qəzasının Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləyib. 1976-cı ildə Hüseyn Arifin oğlu (Arif Hüseynzadə) rəhmətə gedib. Məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüs götürüb.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib, doğulduğu kənddə dəfn olunub
Tam adı:
Hüseynzadə Hüseyn Camal oğlu
Ünvan:
Yazar, Şair
Doğum:
Yenigün, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ, 15 Haziran 1924
Gəzib dolaşıram yuxulu kimi,
Bu necə zamanmış, bu necə çağmış.
Qövr edir davasız dərmansız yaram,
Bu necə düyünmüş, bu necə dağmış..
Kədər qoşun qoşun üstümə güldü,
Sevincin qul kimi boynu büküldü,
Dəymişi düşməmiş, kalı töküldü,
Bu necə bostanmış, bu necə bağmış..