Nifrət etmək sevməkdən, dalaşmaq qucaqlaşmaqdan, dağıtmaq bərpa etməkdən asandır. İnsanın təbiəti belədir - saxtadır, sünidir. İnsan uzun əsrlərdir ki, öz təbiətinə bağlanıb, ondan heç cür əl çəkə bilmir. Baxmayaraq ki, Tanrı dəfələrlə insanın qapısını döyüb, ona dəyişmək üçün fürsət verib.