Onları çox istəyirsiniz? Onda bu
hiyləsiz və dürüst, əziz varlıqlar sizə heyrətamiz bir minnətdarlıqla qarşılıq verirlər. Sizi hərarətlə istəyirlər, sizi qısqanırlar, başınıza fir-fır fırlanırlar, dillərindən bal tökülür; heç nəyi sizdən gizlətmir, ağzınızdan çıxan hər sözə inanırlar. Bəlkə də, buna görə deyə bilərik ki, pis uşaq yoxdur, pis ana var; axı uşaqların hissləri həmişə qarşılıqlı olur, bu hisslər gördükləri qayğıdan, eşitdikləri ilk kəlmələrdən, sevgi və həyat umduqları ilk baxışlardan asılıdır... Məhz həmin ilk illərdə hər şey bəlli olur: valideynlər uşaqlarını cəzb edəcəklər, yoxsa ikrahla özlərindən uzaqlaşdıracaqlar. Allah uşaqları ananın ağuşuna qoyub ki, analar anlasınlar: bu uşaq bu ağuşda hələ çox qalmalıdır.