Səmra Həsən

Səmra Həsən
@semrabella
"Florebo quocumque ferar”
Tərcüməçi, rəssam, fotoqraf
BSU
Bakı
Bakı, Azərbaycan, 13 Aralık 1999
68 okur puanı
Ağustos 2018 tarihinde katıldı
Hobsek
Xəstələrin qəribə fantaziyaları olur. Onlar uşaq kimi nə istədiklərini özləri belə bilmirlər. -Bəlkə, - dedim, - onlar istədiklərini uşaq kimi çox yaxşı bilirlər.
Sayfa 568·Kitabı okudu
Felsefe
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İnsan bir çox müsibətlərdən sonra həyatı dərk etmişsə, onun sinir sistemi möhkəmlənir və öz hissiyyatını idarə etmək üçün onda müəyyən bir qıvraqlıq yaradır.
Sayfa 567·Kitabı okudu
Felsefe
Qobsek
Görürsünüzmü, Kamilla xanım, gənc qadınlar nə cür uçurum kənarına gəlib çıxırlar? Bəzən müdhiş bir müsibətin doğması üçün yalnız bir rəqs, royal yanında oxunan bir romans, ya da şəhər civarında bir gəzinti bəs edir. Şöhrət düşkünlüyü və qürurun vüqarlı səsi, birisinin təbəssümünə qarşı etimad, çılğınlıq, yaxud dəlilik insanı cəzb edir. Bu qadınlar müəyyən hüdudu keçərlərsə, zəruri olaraq üç furiyanın pəncəsinə düşəcəklər ki, bunlar da - "həya", "vicdan əzabı" və "səfalət" dir.
Sayfa 566·Kitabı okudu
Felsefe
Qobsek
Qobsek baba, - deyə, cavab verdim, - hərəkətlərini idarə edən yeganə bir prinsipə tabedir. Onun fikrinə görə pul elə bir əmtəədir ki, onu vəziyyətə görə heç bir vicdan əzabı çəkmədən ucuz, ya baha qiymətə satmaq olar. Onun nəzərində kapitalist elə bir adamdır ki, yaxşı qazanc üçün gəlirli işlərdə iştirak edir. Onun maliyyə prinsipləri və insan təbiəti üzərində etdiyi fəlsəfi müşahidələr sələmçi olmasına yol verir. Əgər bu prinsipləri bir kənara qoysaq, pul məsələsindən xaricdə olan hər bir şeydə onun Parisdə ən nəzakətli və namuslu bir adam olduğuna dərin bir etimadım vardır. Onun təbiətində iki insan yaşayır: o həm xəsisdir, həm də filosofdur, həm bir heç, həm də qeyri-adi bir insandır.
Sayfa 564·Kitabı okudu
Felsefe
Qobsek
Öz arzu və iradəsindən asılı olmayaraq, həyatın bütün girdablarına atılmağa məcbur olanlar üçün əqidə və əxlaq boş sözdən başqa bir şey deyildir.