Qorxular, toplum, ağıl, düşünmək və s mövzularda çox yaxşı fikirləri var.
Lakin bu kitabı yazanların feminist və qadın qadın qadın, sözünü gözə soxması bezdiricidir.
Güclü qadın olub, ağıllı biri olub. Feminist olması tərs mütanasib edər bu hekayəni :D o qədər də axmaq olmaz axı.
Maraqlı alıntılar var. Tez bitən bir kitabdır.
Düzdür biraz gec bitirdim bu kitabı. Mövzusu və hekayəsi ağır-ağır davam edirdi.
Bu kitab özündə “Tarix, sevgi, mərhəmət, intiqam, haqsızlıq və daha bir çox şeyi” cəmləşdirib.
Bir film kimi davam edən kitabdır. Eyni adlı filmini də izləyə bilərsiniz.
Çox yazmaq istəmirəm spoiler kimi olacaq yazacaqlarım da.
Carton və Charles biri-birinə çox bənzəyir.
Madam Defarge intiqamı üçün hər şeyi edir.
Doktor Manette Sirli bir keçmişə sahib.
Mr. Lorry bu hekayədə ən saf obrazlardan.
Luice, Cartonun aşiq olduğu, Charlesin yoldaşı, Doktorun qızı.
Hekayə ağrılı acılı, yarı şən, yarı hüzn davam edir. Sonda Carton öz canını fəda edir Charlesin yerinə ölümə gedir. Bunu ustaca, mənalı bir şəkildə edir.
Kitabı daha yaxşı anlamaq üçün filmini də izləyə bilərsiniz. Oxuyanda daha yaxşı təsəvvür yaranar.
İki Şehrin HikâyesiCharles Dickens · Türkiye İş Bankası Kültür Yayınları · 202376,6bin okunma
İlk başda anlamaq çətin olsa da, sonlara doğru müəyyən qədər hansısa mənanı çıxarmaq olur. Kitab ilk öncə, sanki hər şeyin yolunda getdiyi, monotonluğun hökm sürdüyü kiçik bir ərazidə baş verir.
Doktor Ox isə planlarını tətbiq edib, bunun təsirlərini görmək istəyir.
Ox nə istəyirdi ?
Ox istədiyinin nəticəsi necə olacaqdı bilmirdi. Lakin bir dəfə olsun bu fərqliliyin bu monotonluğun hökm sürdüyü əraziyə nələr gətirdiyi görmək.
79% Azot 29% Oksigen olarsa nə olar? Toplamı 100%-i keçərsə nə olar?
Bunları bilmirdi, amma ən azından Ox nəsə edirdi. Görmək, bilmək, dağıtmaq və ya qurmaq üçün.
Bəlkə də Ox oyanın, reaksiya bildirin deyirdi. Bəlkə də qurulan bu nizamin dağılmasını istəyirdi. Bu nizamın dağılması Quiquendone kəndi üçün bir yüksəliş yoxsa çöküş idi?
Bu sualın cavabı isə kitabı oxuyan oxuyucuların yanaşmasına qalıb.
Doktor Ox'un DeneyiJules Verne · İş Bankası Kültür Yayınları · 202123,7bin okunma
Maraqlı idi. Bir nəfəsə bitirmək olur. Ədalət anlayışı. Sevgisi üçün çox əziyyətlərə qatlanıb, sonra isə məyus olmuşdu Naass, amma Naas çox güclü idi. Komfort zonasından çıxmağın nə olduğunu göstərir bizlərə. Öyrənib inkişaf etməyi, intiqamını belə ağlım gücü ilə etdiyini görürük. Hətta borclu olduğu adama borcunu qaytarmaq üçün təkrar o çətin yollara atılması.
Özünün də dediyi kimi Toy (gənc) idi. Lakin o böyümüşdü artıq. Uğruna o qədər fədakarlıq etdiyi qızı belə geridə buraxmışdı.
Sevdiyim bir kitab oldu. Şans verməyə dəyər. Maraqlı yormayan bir hekayəsi vardı.
Bir Kuzey MacerasıJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202425,4bin okunma