Kitab axıcı idi və “ters köşe” yaradır insanda sonda. Yəni ən azından mən elə gözləmirdim sonunu. Oxuyarkən insanın illər keçsədə keçmişdən kiçik yaraları qaldığını, bəzən isə bu yaraları heç kəslə bölüşə bilməməyin yükünü daşıdığını aydınca görürük. Bir etirafın belə insanı necə yüngülləşdirdiyi əks olunur.
Bir qadının həyatından 24 saat, həmin qadının ömrünün sonrakı 20+ ilində necə hiss etməsi və necə olur ki bunları etiraf edir. Hamısı bu balaca kitabda ardıcıllıqla bir-bir qeyd olunur. Oxumağa dəyər.