Şöhrət xülyası! Bütün xülyalardan ən aldadıcısı olan bu xülya nə kimi yüksək fikirlər, nəşə yaradan hərəkətlər və qızğın səylər doğurur! Hansı bəşər ürəyi bu bataqlıq odunun aldadıcı işığı ilə cəzb olunmur?! Lakin gözəllik və bahar tonqallarının ətrini saçmaqla bu xülya gənc ürəklərdə xüsusi parlaqlıqla yanır. Çünki həyatın bu dövründə böyük adamların dünyaya saldığı kölgələr, gözəl, cazibədar xülyalar, sabit həqiqət kimi görünür. Bu dövrdə şöhrətin ayrılmaz yoldaşları olan rahatlıq, rifah, şirin xəyallar arzusunda olduğumuz zəfər şəfəqləri bizə mümkün bir şey kimi görünür. Şöhrət gözəlliklə və səhər şəfəqinin təravəti ilə nəfəs alır. Şöhrət - bu həm gül ətri, həm zərif parçaların yumşaqlığı, həm gəncliyin incə qızartısıdır. Oh! Biz bu şöhrəti saçlarımıza dən düşən, üzümüz mübarizələrin izi olan qırışıqlarla örtülən, uzun illərin gərginliyi, ümidsizliyi və kədərindən gözlərimiz torlaşan zaman deyil, şöhrət üçün şirin-şirin xəyala daldığımız zaman əldə etsəydik! Həyatın ilk çağında, alqışlar və təbriklər içərisində yeridiyimiz zamanda, məhəbbət gənc ikən, inamlı ikən dünyanı fəth edə bilsəydik. Hələ cavan və sağlam ikən özünü gənc duymaq və bəşəri məhəbbət hiss etmək - bu nə gözəl xəyaldır! Səmada yüngül, tünd-qırmızı rəngə boyanmış bulud, sular aynasında oyanan ay, gözəl, yarımçıq qalmış yuxunun xatirəsi - gənclikdə, ancaq gənclikdə şöhrət bu deməkdir.
Sayfa 194·Kitabı okuyor
Şəhərlər qaniçən insanlar yaradır, çünki şəhər həyatı insanların əxlaqını pozur. Dağlar, dənizlər, meşələr isə vəhşi insanlar yaradır: onlar insanı sərtləşdirsə də, çox zaman onun insanpərvərliyinə toxunmur.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Sanki dumanlar, tufanlar içində bir səhər doğurdu. Üfüqlər gah qaralır, gah qızarırdı.
Bir səhər günü tezdən küçədə çalınan "İnternasional"himninin səsinə yuxudan oyandım...Gecəyarısı bir zirehli qatar-tək bircə qatar təzə Müsəlman Azərbaycan Respublikasının təzə sərhədini keçib Qırmızı Ordu əsgərlərini yuxulu Bakı vağzalına gətirmişdi.Beləliklə Azərbaycan ordusu heç bir atəş açmadan yoxa çıxmış,Respublika məhv olmuş,qalib Rusiya isə öz əvvəli varını özünə qaytarmışdı. Mən öz gözlərimlə bir dünyanın sonunu gördüm
Bugün ən böyük yəhudi şəhəri Nyu-Yorkdur. XV əsrdən sonra Osmanlı şəhərləri o vəzifəni icra etmiş, yəni İspaniya və İtaliyadan qovulan yəhudilər Səlanik, İzmir və İstanbula gəlmiş, məskunlaşdıqları ən böyük şəhər isə Səlanik olmuşdur.
Sayfa 34
"Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur." "Bu şəhər gözəl insanlarla doludur. Mümkündür ki, kimsə səni görməsin, bu, onun biraz fikirli olmasındandır, biganəliyindən deyil."
Alıntı