Siara Samadova

Siara Samadova
İg: siasdiaryyy
@siara·
·
sabitlendi
Kəndimizdə bir gözəl var | Salam Qədirzadə
10/10
·208 syf.··
2025 9. kitabı
·
32 saatte okudu
·
Okunma: 16 Mayıs 2025 23:12
Salam Qədirzadə mənim üçün xüsusi bir yeri olan yazardır. Səbəbi isə budur ki, mən hər zaman ədəbiyyatı, xüsusilə, Azərbaycan ədəbiyyatını sevmişəm, lakin Azərbaycan ədəbiyyatı ilə mənim aramda daha dərin bağ müəllifin “Sevdasız aylar” adlı kiçikhəcmli kitabını oxuduqdan sonra yaranıb. Elə buna görə də “Kəndimizdə bir gözəl var” romanını oxumağa heç tərəddüd etmədən başladım. Romana gəldikdə isə, məyus olduğum məqamlar oldu. Timsah göz yaşları ilə məsum insanı aldadaraq həyat quran Yeganəni müdafiə eləmək üçün bir əsasım olmadı. İlk dəfə idi bir qadın personaja haqq qazandıra bilmədim. İkinci dünya müharibəsi insanların həyatını dəyişmədən bitmir. Bundan Əkrəm də nəsibini alır, müharibədən gözləri kor vəziyyətdə qayıdır və əlbəttə ki, o artıq daha çox qayğıya ehtiyac duyur. Lakin hər dəfəsində Yeganənin onun kor olduğunu üzünə vurmağı, onu incitməyi qəlbə toxunur. Həyatındakı insanları bir çıxar üçün istifadə edib, rahat yaşayışını təmin etmək istəyir, ancaq sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Acgözlüyü, paxıllığı ona baha başa gəlir, o qədər insanlığını itirir ki, bir cana qəsd edir. Nəhayətində düşünürəm tək Yeganə yox, əsərdəki digər personajlar öz layiq olduğu həyatı yaşayır. Əkrəm xoşbəxtliyə layiq biri idi. Başqa bir nüans, müəllifin digər əsərlərini oxumadığım üçün dəqiq deyə bilmirəm, lakin həm “Sevdasız aylar” həm də “Kəndimizdə bir gözəl var” romanında Salam Qədirzadə Bakını o qədər əsrasəngiz təsvir edir ki, bir anlığa heç yaşamadığın o dövr üçün qəlbində bir özləm hiss edilir. O nostalji hisləri, retro dediyimiz bir dövrü həm gözümüzdə canlandırır, həm də o dövr üçün çox darıxdırır.
Edebiyat
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2015318 okunma
Reklam
Qoy O, Bizimlə Qalsın | Maqsud İbrahimbəyov
10/10
·218 syf.··
2026 3. kitabı
·
111 günde okudu
·
Okunma: 10 Haziran 2026 12:43
Hər bir kitab, öz doğru zamanında oxuduğunduğuna inananlardanam. Lakin, düzünü desəm, çox təəssüfləndim bu kitabı oxumağa gecikdiyim üçün. Oxuduqca sanki öz məktəb illərimi xatırladım, məktəb və ətrafında baş verən hadisələri isə qəribə şəkildə öz oxuduğum məktəb fonunda xəyalımda canlandırdım. Eləcə də, sirkə getdiyim ilk zaman anidən ağlıma gəldi. Kitabı oxuduqca unutduğum, amma beynimin bir guşəsində tozlanıb qalmış xatirələrin gün üzünə çıxması ayrı xoşbəxtlik gətirdi.
Qoy O, Bizimlə QalsınMaqsud İbrahimbəyov · Teaspress Nəşriyyatı · 202015 okunma

Siara Samadova

, bir kitap okudu
10/10
·218 syf.··
111 günde okudu
·
2026 3. kitabı
Maqsud İbrahimbəyov
8.8/10 · 15 okunma
Laurie Gilmore | Yılbaşı Ağacı Çiftliği
9/10
·320 syf.··
2026 1. kitabı
·
7 günde okudu
·
Okunma: 15 Ocak 2026 22:25
2026-cı ilin ilk kitabı. Yeni ildən əvvəl oxumaq istəsəm də, vaxt azlığından yeni ildən sonra oxumağa başladım. Mən Yeni il ərəfəsində axıcı, beyin yormayan kitabları oxumağı çox sevirəm. Əslində belə kitablar üçün böyük bir gözləntim olmur, amma yazarın kitabda yaratdığı atmosferi çox sevdim. Oxuduqca, təbii ki paralelində xəyal etdikcə, çox şirin və xoş hislər bürüyür insanı. Tam o yeni il istiliyini keçirə bilir. Kira North, zəngin ailənin heç bir əzab-əziyyət görmədən böyüyən qızıdır. Əkiz bacısının evlənib getməsi ilə böyük bir əskiklik hiss edir və ani qərarla bir çiftlik evi alır. Rahat həyatını geridə qoyub gəldiyi yer isə çox şən, çox əyləncəli Dream Harbor-dur. Axıcı dili var və əvvəldə də dediyim kimi, yazar Yeni il ruhunu və atmosferini oxucuya ötürə bilir. Oxuduqca özümü gah çiftlikdə, gah Jennie-nin şirniyyat mağzasında, gah da Loganın nənə-babasının evində Dream Harbor-un maraqlı, çılğın insanları ilə birlikdə hiss etdim.
Edebiyat
Yılbaşı Ağacı ÇiftliğiLaurie Gilmore · Juno Kitap · 2025432 okunma
Reklam