Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, yəqin ki, ən güclü romanlardan biri elə Dəli Kür'dür. Oxuduğum günlərdə Göytəpə kəndinin sakinləri ilə, Qori seminariyasinin müəllim və tələbələri ilə o qədər doğmalaşdım ki, düzünü desəm kitabdan ayrılmaq mənim üçün çətindi oldu. Hətta daha sonra İsmayıl Şıxlının kiçik bir müsahibəsini, hətta digər şəxslərin roman haqqında fikirlərini də oxudum. Müəllifin özünün də dediyi kimi, obrazlar hədsiz canlı, yaddaqalan təsvir edilib. Sanki oxuduqca onlarla söhbətləşir, hadisələrin yaxın iştirakçısı olursan.
Bildiyimiz kimi, əsər Cahandar ağanın başqa kənddən olan Mələyi qaçırması ilə başlayır. Kiminə görə mənfi, kiminə görə müsbət obrazdır Cahandar ağa. Ancaq düşünürəm ki, Cahandan ağa obrazını ya mənfi, ya da müsbət deyib məhdudlaşdırmaq olmaz. Çünki müəllif həm müsbət, həm də mənfi xüsusiyyətləri ilə bir insan yaradıb. Molla Sadığa qarşı mübarizə aparanların tərəfindədir və onun kənddə ağalıq etməsinə qarşıdır.
Digər obrazlar rus Əhməd, Aleksey Osipoviç, Dmitri Dmitriyeviç romanda maarifçilik ideyalarının təmsilçiləridir. Onlar millətlərin təhsil alması üçün, şüurlarının oyanması üçün çalışırlar və bu yolda hər cür çətinliklə üzləşirlər.
Mütləq oxunması gərəkən romanlardan biridir.
PS. Roman əsasında film də çəkilib, lakin hədsiz çox fərqliliklər var.
Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə Yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzüb parıldayır. O, tabe olmur, iynə ulduzu boyda da olsa yer tapır, özünə yol açır, kimə isə işıq verir.
Sayfa 313 - "ŞƏRQ-QƏRB" nəşriyyatı, Dmitri Dmitriyeviç·Kitabı okudu
...oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar.