"Şefi! Sənə çəkdirdiyim bunca iztirabları unutmağını istəməyə haqqım çatırmı? Hər halda mənə nifrət etməyə əsasın var. Özüm barədə nə yazacağımı bilmirəm. Həyat məni bəlkə də layiq olmadığım mövqeyə yüksəldib. İndi Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Hər kəsdən hörmət görürəm. Amma özümü xoşbəxt saymıram. Uşaqları xatırladıqca varımdan yox oluram. Yuxum ərşə çəkilib, rahatlığım itib. Hansımızın daha çox günah işlədiyini bilmirəm. Bildiyim tək şey ortalıqda bir xətanın olmasıdır."
Sayfa 77 - Qanun Nəşriyyatı, Nəsib bəyYusifbəyli·Kitabı okudu
İllər sonra yenidən oxuduqda anladım ki, ilk dəfə oxuduqda heç bir şey anlamamışam. Bəlkə də əsəri vazkeçilməz edən, oxuduqca oxumaq istəyini artıran xüsusiyyətlərdən biri də budur. Bir neçə müddət sonra oxuduqda tamamilə başqa hislərə qapılacağımı bilirəm. Bitməsini istəmədiyim üçün az səhifə oxuyurdum gün ərzində.
Çox səssiz, sakit bir xarakteri olan Raif efendinin, sevgisini göstərmə şəkli də eynən belədir. İncitmədən, qırmadan, dərin bir hislə sevən Raif ilə Marianın nakam eşq hekayəsi ilə tanış oluruq. Sonunu bilməyimə rəğmən, istəmsizcə yenə hüznləndim.
Sonda çoxlarının, demək olar ki, hamının bildiyi, o məşhur alıntını paylaşmaq istəyirəm və hər dəfə oxuduqda qarışıq hislər keçirirəm:
"Tesadüf seni önüme çıkarmasaydı, gene aynı şekilde, fakat her şeyden habersiz, yaşayıp gidecektim. Sen bana, dünyada başka türlü bir hayatın da mevcut olduğunu, benim bir de ruhum bulunduğunu öğrettin."