Ayan Murad

Ayan Murad
@singularikth
9/10
·176 syf.··
2026 22. kitabı
·
29 saatte okudu
·
Okunma: 15 Ocak 2026 03:46
Bəzi kitablar var, sanki səni sarsıtmaq, sənə bir şeyi dərk etdirmək üçün yox, səssizcə sənin də fərqində olmadan qəlbində yer salmaq üçünyazılıb. Kürk Mantolu Madonna da mənim üçün məhz belə bir əsərdir. Raif Efendinin susqunluğu, hər şeyə laqeyd yanaşması bir çox insanı əsəbiləşdirə bilər, amma səhifələr irəlilədikcə anlayırsan ki, onun susması laqeydlikdən yox, dərin bir keçmişdən qaynaqlanır. Maria Puder isə dövrünün fövqündə olan, güclü və sərhədləri olan bir qadın obrazıdır. Buna baxmayaraq kitab irəlilədikcə onun da necə həssas bir qəlbə sahib olduğunu görə bilərik. Onların sevgisi yüksək səslə deyil, baxışlarla və sükutla danışır. Bu kitab mənə bir şeyi xatırlatdı: bəzən insan həyatında bir dəfə sevir və o sevgi bütün ömrünü formalaşdırır. Oxuyub bitirdikdən sonra uzun müddət təsirindən çıxa bilmədiyim, içimi qəribə bir boşluqla dolduran nadir əsərlərdən oldu.
Edebiyat
Kürk Mantolu MadonnaSabahattin Ali · Türkiye İş Bankası Kültür Yayınları · 2022376,3bin okunma
Reklam
9/10
·500 syf.··
2023 11. kitabı
·
4 saatte okudu
·
Okunma: 24 Ağustos 2023 21:26
Uzun vaxtdır oxumağı gözlədiyim bir manga idi. Oxuyanda mənə daha çox zövq versin deyə kitabın nə haqqında olduğuma belə baxmamışdım. Belə baxıram ki, buna dəydi. Düşündüyümdən daha gözəl bir mövzusu var idi ve içindəki rəsmlərə söz ola bilməz. Kitabdakı hər şey mükəmməldir. Əslində kitabı oxuyanda baş qəhramanların sevgi hekayəsinin daha çox ön planda olacağını düşünürdüm. Hətta kitabın sadəcə bu sevgi hekayəsindən ibarət olub hadisələrin bu sevginin ətrafında baş verdiyini, lakin gecə də belə olmadı. Sevgi hekayəsi o qədər də ön planda deyildi, amma buna baxmayaraq obrazlar arasındakı çəkimi və aralarındakı sevgini rahatlıqla hiss edə bilərsiniz. ✿⁠ Bundan sonrası spoilerli ola bilər. Əgər spoiler sevmirsinizsə oxumağınızı tövsiyə etmirəm. ✿⁠ Sonda adlarını unutduqları hissədə tam bir şok keçirdiyimi etiraf etməliyəm. Bir anlıq bir daha heç vaxt birlikdə ola bilməyəcəklərini düşünmüşdüm. Sanki hər şey başlamadan artıq bitmişdi. Sonda nə qədər bir-birlərini tapdalarda. Final səhnəsini artıq birlikdə olub keçirdikləri vaxtlardan biri ilə bitməsini üstün tuturam. Yenədə gözəl bir manga idi. Tövsiyə edirəm
Manga
Senin AdınMakoto Shinkai · Gerekli Şeyler Yayıncılık · 20202,303 okunma
Tadımlık bir kitab
9/10
·296 syf.··
2023 12. kitabı
·
8 saatte okudu
·
Okunma: 25 Ağustos 2023 15:10
Sonunda məndə bu kitabı oxudum. Bu kitab mənim oxuduğum ilk romantik tərzdə olan kitab idi. Özümün Koreya mədəniyyətinə onların musiqisinə marağım olduğu üçün kitab çox axıcı irəlilədi. Lakin, gözlədiyim kimi bir kitab olmadı. Mən daha çox təsvir vasitələrindən istifadə olunmasını və daha geniş yazıla biləcək hadisələrin kitabda yer almasını istərdim. Amma, unutmamaq lazımdır ki, bu bir "gençlik romanı" kateqoriyasına aid bir kitabdır və bu kateqoriyada olan kitablar daha çox sırf zövq üçün oxumağa görə yazılıb. Birdə sonu daha fərqli yazıla bilərdi. Belə olanda özümü bir az yarımçıq hiss edirəm. Nəticədə mənə zövq verdimi? Verdi. Kitabı sevdim mi? Sevdim. Sizə tövsiyəm əgər ilk dəfə beləsi bir kitab oxuyursanızsa hadisələrdə bir məna, bir məntiq axtarmayın. Daha çox kitabdan zövq almağa çalışın.
Edebiyat
XoxoAxie Oh · Artemis Yayınları · 20221,306 okunma
10/10
·144 syf.··
2023 2. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Temmuz 2023 22:55
Bu mənim ilk Viktor Hüqo kitabım idi və mən kitaba vurulmuşam. Bəli, gözlədiyim qədər böyük hisslər yaşatmadı mənə. Lakin çox dəyərli fikirlər hədiyyə elədi mənə. Hələ, kitabın ilk səhifələrindəki komediyanı demirəm. Möhtəşəm idi. Bu kitabı mütləq hamı oxumalıdır.
Edebiyat
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0152,6bin okunma
8/10
·168 syf.··
2023 1. kitabı
·
10 saatte okudu
·
Okunma: 13 Temmuz 2023 23:21
Kitabları belə diqqətli oxumağa və şərh eləməyə yeni-yeni başlayıram. Ona görə də bu işdə o qədər də yaxşı deyiləm Gələk kitab haqqındakı fikirlərimə. Kitab çox gözəl olsada mənim üçün o qədər də axıcı bir kitab olmadı. Sanki bir yerdən başqa yerə hoppanıram kimi hiss etdim. Bir də axıra yaxın günahkarı tapmağıma baxmayaraq kitab həyəcanını itirmədi. Bu da mənim üçün müsbət cəhətlərdən biri idi. Obrazları da elə qələmə almışdır ki, qatili tapana qədər hardasa kitabdakı bütün obrazlardan şübhələndim. Bu da xoşuma gələn cəhətlərdən oldu. Əlavə olaraq kitabın sonunda cənab Taniosa nə olduğunu bilmək istərdim.
Səssiz ŞahidAgatha Christie · Qanun Neşriyyat · 20151,476 okunma