Sinxronluq
Həyatımızda bəzən elə anlar olur ki, baş verən hadisənin sadəcə "təsadüf" olduğuna inanmaq çətin görünür. Məsələn, illərdir görmədiyiniz, bəlkə də adını belə unutmağa başladığınız birini yuxuda görürsünüz və səhəri gün küçədə həmin adamla üz-üzə gəlirsiniz. Bu, təsadüfmüdür, yoxsa kainatın bizə verdiyi gizli bir mesaj? Analitik psixologiyanın banisi Carl Gustav Jung bu vəziyyəti bir kəlmə ilə adlandırırdı: Sinxronluq. Biz dünyanı adətən "səbəb-nəticə" (causality) qanunu ilə dərk edirik. Məsələn, bir əşyanın hərəkət etməsi üçün onu kimsə itələməlidir. Lakin Jung iddia edirdi ki, dünyada hadisələr arasındakı yeganə əlaqə mexaniki olmur. Sinxronluq, fiziki bir səbəb olmadan, daxili aləmimizdəki (şüuraltımızdakı) bir vəziyyətin xarici dünyada bir hadisə ilə eyni anda və mənalı şəkildə kəsişməsidir. Jung bu nəzəriyyə üzərində işləyərkən kvant fizikasının pionerlərindən olan Volfqanq Pauli ilə məsləhətləşirdi. Onlar hesab edirdilər ki, maddə və ruh (psixika) əslində eyni medalın iki fərqli üzüdür. Jungun bu konsepsiyanı tam formalaşdırmasına səbəb olan ən məşhur hadisə, onun bir pasiyenti ilə yaşadığı "Qızıl Böcək" vaqiəsidir. Pasiyent həddindən artıq intellektual, hər şeyi məntiqlə izah etməyə çalışan və bu rasionallığı ucbatından terapiyada irəliləyiş əldə edə bilməyən bir qadın idi. Bir seans zamanı qadın yuxusunda ona qızıl skarabey (Misir böcəyi - Misir mifologiyasında yenidən doğuşun simvolu) hədiyyə edildiyini danışırdı. Tam o anda Jung arxasında pəncərədə bir tıqqıltı eşidir. Pəncərəni açanda içəri parıldayan qızılı rəngə çalan bir böcək daxil olur. Jung onu tutur və qadına uzadaraq deyir: "Budur sənin skarabeyin." Bu qeyri-adi təsadüf qadının rasionallıq divarını yıxır və onun terapiyasında irəliləyiş yaranır. Sizin də başınıza gəlmiş ola bilər: Bir dostunuzu
Hayata Dair
o mahur beste çalar, müjganla ben ağlaşırız.