Salam.
The Little Life-Türkcə tərcüməsində kitabın adı “Değersiz bir hayat” dır.
İlk öncə qeyd etmək istəyirəm ki,kitab çox tez-tez instagram,you tube və tik-tokda qarşıma çıxırdı.Hər kəs çox bəyənərək paylaşır və mütləq oxumağı tövsiyyə edirdi.Mən də məhz buna görə kitabı aldım.Ancaq paylaşılanların tam əksi olaraq bu kitabın bu qədər tərifə layiq olduğunu düşünmürəm. Məni kitaba bağlayan ən böyük səbəb hadisələrin New Yorkda cərəyan etməsi idi.
Kitabın mövzusu nədir?
-Kitab 857 səhifədən ibarətdir.
Kitab universitetdən tanış olan 4 dost-Willem,JB,Malcolm və Jude’un dostluqları haqqındadır. Jude əsas xarakter olaraq 857 səhifəlik kitabın 800 səhifəsin zəpt edib Əsas mövzu Jude’un bədənsəl və ruhsal acılarından ibarətdir.Digər 3 dost da bütün həyatlarını (əsasən Willem) bu adamın travmalarına sərf edir.
Kitabı niyə sevmədim?
-İlk dəfədir ki,bir kitab haqqında bu qədər mənfi düşüncələrdəyəm.Bəlkə də məni qıcıqlandıran kitab yox kitabın layiq olmadığı qədər böyüdülüb məni də təsiri altına salmasıdır.
Bəlkə də 2-3 il əvvəl oxusaydım kitab haqqında indiki düşüncələrimin ziddində olardım.Ancaq artıq travmalarına görə həyatı hər kəsə zindan edən insanlar məni qıcıqlandırır.
Jude uşaqlıqdan istismara məruz qalır və həqiqətən bütün bədənsəl və ruhsal acıları çəkir.Əlbəttə ki,bunlar ağır travmalardır və şəfalanması uzun illər ala bilər.Amma bu kitabda yazar sanki travmanı bir bayraq edib hər sətirdə oxucuya xatırladır ki,mən burdayam.Jude’un hər dəfə şəfalanmaq əvəzinə daha da dibə batmağı seçməsi,həyatın ona verdiyi şansları əlinin tərsi ilə geri çevirməsi məni bezdirirdi.Hər dəfə düşünürdüm ki,artıq bu dəfə onun üçün yaxşı olanı seçəcək ancaq hər dəfəsində də xəyal qırıqlığına uğrayırdım.
Kitabda 4 dostun həyatı qələmə alınıb,amma hər şey və hər kəs Jude’un ətrafında