Xəyal Hüseynov

Xəyal Hüseynov
@slendermadius
poeticrizzler.
Yazar.
UNEC, BBU
Bakı
6 Haziran 1999
19 okur puanı
Ağustos 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Şeirləri yazdıran yalnızlıq şairləri öldürür.
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·760 syf.··
2021 1. kitabı
·
4 günde okudu
·
Okunma: 10 Ağustos 2021 22:27
720 səhifə, bir neçə ay. Bu əsərə Dostoyevskinin ən lirik əsəri deyirlər, mən isə bu əsərə Dostoyevskinin ən ziddiyətli əsəri deyəcəyəm. Bu ziddiyyət özünü əsasən hekayənin personajları vasitəsilə biruzə verir. Baş verən ən xırda hadisə bəzən bir dağ kimi göstərilərkən ən böyük təsiri olması gərəkən hadisələrlə bağlı personajların reaksiyası gözlənilməz dərəcədə laqeyd olur. Bunlar əlbəttə qeyri-iradi xətalar deyil, əksinə Dosto hekayəni qəsdən belə dolaşıq hala salıb. Personajlar kitab boyunca dəfələrcə küsür, barışır və yenidən küsürlər, sanki bir-birlərini tanımağa başladıqca həm bir-birlərinə bağlanır, həm də bir-birlərinə daha çox əzab verməyə başlayırlar. Hekayənin nəql edilmə tərzi də qəribədir, sanki Dosto ordan-burdan eşitdiyi bir hadisə haqqında məlumatları toplayaraq üçüncü şəxslərin gözündən danışır oxuyuculara hekayəti və mən bunun bir qədər sünilik yaratdığını düşündüm oxuyarkən. Əsərin ilk 300 səhifəsi o qədər maraqlı gəlmişdi ki, artıq bu kitabı şübhəsiz olaraq Dostoyevskinin ən maraqlı əsəri olaraq qəbul etmişdim. Maraq cəhətdən götürsək "İdiot" həqiqətən də hekayənin sadəcə bir cinayət hadisəsi ətrafında fırlandığı "Cinayət və Cəza" kitabından maraqlıdır. Yazar kitabda çox əhatəli davranaraq demək olar hər mövzuya toxunub. Hər dəfə bu sözü xatırlayıram: "Dostoyevskinin hər əsərini oxumaq bir universitet bitirmək kimidir." Bu kitab da yazıçının digər oxuduğum əsərləri kimi mənə bir çox yeni perspektiv qatdı. Əlbəttə yenə Azərbaycan dili tərcüməsi ilə oxumağın peşmançılığını yaşadım, yaxşı yanı isə "hərgan, nagahan..." kimi artıq dilimizdə işlək olmayan bir çox yeni söz qatdım lüğətimə.  Əsər boyunca personajların ziddiyətləri və dözülməz xasiyyətləri insanı özündən çıxarırdı. Knyazın idiotluğu, Nastasiyanın daxili çəkişmələrinin davranışlarındakı
Edebiyat
BudalaFyodor Dostoyevski · Can Yayınları · 201831,5bin okunma

Xəyal Hüseynov

, bir kitap okudu
Puan vermedi·760 syf.··
4 günde okudu
·
2021 1. kitabı
Fyodor Dostoyevski
8.3/10 · 31,5bin okunma
Hər şey eyni qalsın, heç nə dəyişməsin.Yeniliklərə nifrət edirəm. Həmin insanlar qalsın hər zaman yanımızda, həmin evdə doğulub, elə həmin evdəcə ölək biz. Həmin ulduzlara baxaq həmişə həmin musiqilərin sədası altında. Mən öyrəşə bilmirəm, yeniliklər sadəcə fikrimi dağıdır, köhnələrə özləm hissimi artırır. Mən hər zaman eyni üzlərə baxıb yeni şeylər kəşf etmək istəyirəm, yeni üzlərə baxıb köhnə hissləri yaşamaq yox. Amma zaman deyəsən hər birimizin ən böyük düşmənidi. Ətrafındakı heç nə dəyişməsə belə zaman səni yeni birinə çevirir bəzən. Bəlkə də buna görə uzun müddətdir özümə yad hiss edirəm.