Fantastik bir gecə! Fövqəladə bir gecə! Möcüzəvi bir gecə! Azərbaycanca tərcümədəki adların hansının əsərə daha çox yaraşdığına və hansının daha ədəbi olduğuna qərar verə bilmirəm, tam əksinə türkcə tərcümədəki adı isə əsərə çox yaraşdırıram. Olağanüstü bir gece... Bəzən əsərlərin adları adamı özünə cəlb edir, əsər haqqında fikir formalaşdırır və nəylə qarşılaşacağına hazır olmuş olursan. Bu əsərin zehində sürreal təsvirlər yaradan sehrli adının aurası bütün hekayədə hiss olunurdu. Həqiqətən oxuyarkən sehirlənmiş hiss edirdim. Sanki Van Gogh'un Ulduzlu gecə əsərini seyr edərkən Erik Satie bəstələri dinləmək kimi, bu dediklərim həqiqətən necə də harmoniya içindədirlər. Sanki üç dahi fərqli-fərqli zamanlarda bir bütövün parçalarını fərqli sənət üsulları ilə ifadə etməyə çalışıblar. Bunlar oxuduqca hiss etdiklərim idi. Elə hekayə də tamamilə hisslərlə bağlı idi. Əminəm Freud bu əsəri çox bəyənib. Bu yazıçının oxuduğum ikinci əsəri idi, ilki Şahmat əsəri idi. Və onu deyə bilərəm ki, Stefanın əsərlərinə sıxıcı deyilməsini anlaya bilmirəm hələki. Bu gedişlə o ən sevdiyim yazıçı olacaq.