Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
782 syf.
7/10 puan verdi
·
11 günde okudu
Kainatın belə işi düşərmiş
"Elmi-fantastika oxuyarkən insanın kefi qaçarmı heç?" deyə düşünürsünüzsə, cavabını mən verim: qaçar. Cixin Liu-nun yazdığı Dünyanın Keçmişinin Xatirəsi 3-ləməsinin son kitabı olan Ölümün Sonu əməlli-başlı depresiv bir kitabdır. Kitabda elmi yeniliklər, texniki informasiyalar, planetlər, Günəş sistemləri, hətta kainatlar mövcuddur. Lakin
Ölümün Sonu
Ölümün SonuCixin Liu · İthaki Yayınları · 2020222 okunma
600 syf.
9/10 puan verdi
·
21 günde okudu
Qonaq evində səs salan uşaq misalı...
D İ Q Q Ə T!!! --S P O İ L E R-- OLA BİLƏR Bundan təxminən 70 il əvvəl bir alimin dostları ilə yemək yeyərkən "hər kəs hardadır?" sualına çinli bir yazıçının öz elmi-fantastik əsərində cavab verəcəyini kim düşünə bilərdi? Daha da maraqlısı budur ki, bu çinli yazıçının haqlı olmaq ehtimalı var... Qaranlıq Meşə Üç Cisim Problemi
Karanlık Orman
Karanlık OrmanCixin Liu · İthaki Yayınları · 2019356 okunma
Reklam
240 syf.
10/10 puan verdi
·
5 günde okudu
"Yolların Sonu"
Hüseyin Nihal Atsız"ın bir-birindən əsrarəngiz gözəllikdə olan dörd romanından biri olan "Deli Kurt" məhcul şahzadə İldırım Bəyazidin nəvəsi İsa Çələbinin oğlu Murad"ın həyat hekayəsidir. Təbiidir ki, bu şahzadə xəyali bir obrazdır. Ondan savayı romanda Gökçen, Çakır, Evren, Satı Kadın və başqa bir neçə ikinci, üçüncü dərəcəli
Deli Kurt
Deli KurtHüseyin Nihal Atsız · Ötüken Neşriyat · 202015,7bin okunma
248 syf.
9/10 puan verdi
·
13 günde okudu
Müasir Azərbaycan Ədəbiyyatı
İndiyə kimi oxuduğum müasir Azərbaycan Ədəbiyyatının ürəyiyuxa nəsri - sən, sadəcə gözəlsən! Romanda ağlı həm dabanının altında, həm də təpəsinin üstündə olan bir "küçə uşağı" ilə işinə həvəsi olmayan pedaqoq arasındakı münasibətlərdən bəhs edilir. Dağılmış ailənin övladı olan yeniyetmə əvvəl cibgir olsa da, sonradan daha kriminal
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202318 okunma
236 syf.
7/10 puan verdi
·
Beğendi
Bu kitabı oxuduqdan sonra köhnə hislər, düşüncələr gəldi gözümün önünə. Səhər tezdən evdən qaça-qaça çıxıb universitetə getməyim... Elmlər akademiyasının ətrafında çiçək açan ağaclar... Cins pencəyim və qara çantam :)... Mühazirə otağına iki dəqiqə gecikəndə müəllimin hər sözünə rəğmən “qb” almamaq üçün keçib sakitcə oturduğum o dərs... Bu kitabla tanışlığım III kursda anasını çox kiçik yaşlarında itirmiş bir bəy tanışım sayəsində oldu. Kitabı səhər 11-də mənə verən bu tanışım günorta 3-də aldı məndən. Və nəticədə mən sadəcə bir neçə səhifə oxuya bildim. Amma ona heç vaxt küsmədim. Səbəb isə kitabı məndən alışında kiçik bir uşaq həvəsinin və gözlərində “o” parıltının olmasıdır. “Mən aşiq oldum”-dedi və davam etdi “Şeyyy... O bu kitabı istəyir”. Sadəcə gülümsədim və kitabı uzatdım. Ona heç vaxt küsmədim ;) Sonra uzun illər “Oxuyacam!” desəm də növbə çatmadı. İllər sonra isə kitabı tapmaq çox çətin başa gəldi. Bəs dəyərdimi?-Dəyərdi. Kitab Əziz Yaqubzadənin “Ona”sıdır. Düşündüyümün əksinə kitab sadəcə romantik hislərdən deyil, hər sevginin ağrı-acısı olduğu qədər, onların bir gün bitəcəyindən bəhs edir. Çox təfərrüata girməyəcəm özünüz oxuyun deyə) 🪻Sonda isə “Məmnun oldum, @azizyaqubzade ”
Əziz Yaqubzadə
Əziz Yaqubzadə
Ona
OnaƏziz Yaqubzadə · Xan Nəşriyyatı · 201583 okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
“Miss Brodinin ömrünün baharı” kitabından danışacam. Kitabın orginal versiyasında adı “The Prime of Miss Jean Brodie”-dir. Film də çəkilib bu haqda. İllər öncə tələbə vaxtı bu kitabı oxuyanda hansısa naşirin bunu nəşr edəcəyini düşünmürdüm. Beynəlxalq kitab sərgisində @nebulapublishing –in stendində gördüm. İki şirin xanım satdı kitabı. Gələk əsas məsələyə. Əziz və dəyərli @nebulapublishing tərcüməniz möhtəşəm idi. Orginala çox yaxındır. Fəqət sanki, kitabın üzərində heç korrektor işləməyib 159 səhifəlik kitabda 18 korreksiya səhvi həddindən artıq çoxdur. Növbəti çaplarda bunu nəzərə alsanız oxucular olaraq şad olardıq. Kitabda ömrünün baharını yaşayan, 40 yaşında, evdə qalmış, bəzən feminist olduğunu hiss etdiyimiz Miss Brodi və onun 6 qız tələbəsindən söhbət gedir. Miss Brodi onlara standart tədrisdən kənar dərslər keçir. Manipulyasiya edir. Məktəb müdiriyyəti bunun üstünü açmağa çalışsa da qızlar müəllimlərini satmır. Yalnız birindən başqa ;) O kimdirOxuyanda bilərsiz
Miss Brodinin Ömrünün Baharı
Miss Brodinin Ömrünün BaharıMuriel Spark · Nebula Publishing House · 2022222 okunma
Reklam
104 syf.
·
Puan vermedi
·
28 saatte okudu
Kitab 1918-ci ildə baş verən müəmmalı bir hadisənin qapılarını bizlərə açır.Bir vaxtlar yaşamış Paşa,Həkim Şakir Feyzi,Hacı Xanım və bir çox başqa personajların yer aldığı bu roman, “Qan damlası” adlı ikinci kitabla dəvam etdirilir. Hacı xanım qayğıya,müalicəyə ehtiyacı olan yaşlı bir obrazdır.Əvvəllər varlı bir paşanın malikanəsində köməkçi işləyib. Paşanın yeganə qızı Avropaya qaçırıllb.Günlər,aylar,illər keçməsinə baxmayaraq geri də dönə bilməyib.Qızını görüb-görə bilməyəcəyini bilməyən paşa mal-varlığının başqasının əlinə keçməsini istəmir və çox güvəndiyi Hacı xanıma bir kitab və məktub verir ki,qızına məktubu çatdırsın və kitabda qoyulan şifrələri həll edib xəzinəni tapsın. Məktubu çatdırır,lakin cavab gəlmir.Hacı xanım evlənir,şəhər deyişir.Lakin vəsiyyəti yerinə yetirməyi bacarmadığı üçün.Ona baxan həkimə hərşeyi danışır. Elə bundan sonra daha maraqlı hadisələr baş verir.
Define
DefineMehmet Rauf · İş Bankası Kültür Yayınları · 20221,884 okunma
264 syf.
8/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Səməd Vurğun yaradıcılığın zirvəsi hesab olunan bu əsər 1937-ci ildə yazılıb. Əsər adından göründüyü kimi Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri–Molla Pənah Vaqifə həsr edilib. Əsərdə ilk ziddiyyət Vaqif-İbrahim xan arasında yaranır. Vaqif obrazı öz xalqına, vətəninə bağlı bir obraz kimi
Səməd Vurğun Seçilmiş Əsərləri - Beş Cilddə I Cild
Səməd Vurğun Seçilmiş Əsərləri - Beş Cilddə I CildAslan Salmansoy · Şərq-Qərb · 20055 okunma
380 syf.
10/10 puan verdi
·
28 günde okudu
"İyi Bir Kızın Cinayet Rehberi"
Bu gün 3 kitablıq seriyanın birinci kitabı haqqında yazacam. Əvvəlcə onu deyim ki, bu kitabı normal hallarda bu qədər gec bitirməzdim, tez bitirə biləcəyim bir kitab idi. Lakin uzun müddətdir RS-də oluşum kitabı gec bitirməyimə səbəb oldu. Nəysə, buna da şükür. Hadisələr Little Kiltonda 5 il əvvəl baş vermiş bir cinayətin 17 yaşlı Pippanın ev tapşırığına mövzu olması ilə başlayır. Pip illər əvvəl baş vermiş bu cinayətin düzgün nəticələnmədiyindən və qatil olaraq bilinən Salın əslində qatil olmadığından şübhələnir. Buna görə də o, tapşırığı bir növ bəhanə edərək cinayəti yenidən araşdırmağa başlayır. Bu yolda hər şeyin əslində Little Kilton əhalisinin bildiyi qədər sadə olmadığını aşkar edir... Kitabın müsbət cəhətləri çoxdur. Ən çox xoşuma gələn xüsusiyyəti hadisələrin normal sürətdə irəliləməsidir. Yazıçı hadisələri nə çox yavaş, nə də çox sürətli deyil, tam normalında irəlilətmişdir. Uzun-uzun təsvirlər kitabda, demək olar ki, yoxdur. Bu da ən sevdiyim bir digər xüsusiyyətdir. Hadisələr zənciri lazımsız və heç bir yerə bağlanmayan səhnələrlə sınmır, oxucu əsas məsələdən qopmur. Əlavə olaraq onu deyim ki, RS-də olan oxucuların hər birinə bu kitabı tövsiyə edirəm. Başlarda çox yavaş oxusam da dünəndən bəri bu kitabda 200+ səhifə oxumuş olmaq mənim uzunmüddətli RS-dən bu kitab sayəsində çıxdığımı göstərir. Oxuyacaq hər kəsə xoş oxumalar diləyirəm! - N.
İyi Bir Kızın Cinayet Rehberi
İyi Bir Kızın Cinayet RehberiHolly Jackson · Epsilon Yayınevi · 20222,030 okunma
176 syf.
8/10 puan verdi
·
10 günde okudu
İncələmə iki dildə
♡Azərbaycan dilində♡ Paulo Coelho'nun kitablarını hamımız bilirik. Bu kitabını isə ilk dəfə eşitmişdim. Kitabda dini yola düşmüş bir gənc illər sonra uşaqlıqdan bəri sevdiyi qadını yanına çağırır və hərşey bu hadisədən sonra başlanır. Onların birgə qatıldığı tədbirlər, haqqında danışılanlar və ən sonda isə gəncin etdiyi seçim bütün həyatını dəyişməyinə səbəb olur. Yazarın kitablarını sevsəmdə, sadəcə bu kitabın sonunu bəyənmədim. Yenə də maraqlı kitab idi. ♡Türk dilində♡ Paulo Coelho'nun kitaplarını hepimiz biliyoruz. Bu kitapın ismini ise ilk kez duydum. Kitapda dini yolu seçmiş bir gençin yıllar sonra çocuklukdan seçdiyi kadını yanına çağırması ve tüm olaylar bundan sonra karışıyor. Onların birlikte katıldıkları seminerler, hakkında danışılanlar ve en sonda ise gençin etdiyi seçim tüm hayatının deyişmesine sebeb oldu. Yazatın kitaplarını sevsemde, sadece bu kitapının sonunu beyenemedim. Yine de güzel kitapdı
Rio-Pyedranın Sahilində Oturdum və Ağladım
Rio-Pyedranın Sahilində Oturdum və AğladımPaulo Coelho · Qanun Nəşriyyatı · 20168,8bin okunma
901 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.