L.

L.
@sodeep
Hiçten fazla olduğumuzu kanıtlayan hiçbir şey yoktur.
Fırtına geçtikten sonra nasıl atlattığınızı hatırlayamayacaksınız. Hatta fırtınanın dinip dinmediğinden bile emin olmayacaksınız. Ancak bir şey kesindir; fırtınadan çıktıktan sonra fırtınaya girenle aynı insan olmayacaksınız. |Haruki Murakami
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Ənnn
Ah, bu uzun sevda yolu Vurulurmu başa, könül! Nişan aldım, kaman atdım, Dəydi oxum daşa, könül! Bir od düşdü buluduna, Yandı könül eşq oduna, Qaldın hicran umuduna, Ey qırılan şişə könül! Tərlansan, göydən enməzsən, Bu torpaqda sevinməzsən, Mən dönərəm, sən dönməzsən, Yaşa könül, yaşa könül! |Mikayıl Müşfiq
Şiir
İcazə verin, başımı aşağı sallayım Unudulum hamınızın yerinə. İcazə verin, sizi atıb getmiş sevgiliniz olum Puç olmuş arzularınız, ölmüş ümidləriniz olum Qazanıb itirdiyiniz pulunuz olum. İcazə verin, hər şeyiniz, hamınız olum, Günəşə yaltaqlanan kölgəniz olum. İcazə verin, mən də bir az siz olum. Gecələr elə şirin yatırsınız ki, elə bil, ölməkdən ötrü darıxırsınız. Elə bil, yatmağı ölməkdən ötrü öyrədiblər sizə. Ayrılıq sevginin ifşasıdır. Biz bir- birimizdə gizlənmişdik sevəndə. Ayrıldıq... üzə çıxdıq. Sevgi bizi geyindirmişdi, ayrılıq bizi soyundurdu. Necə ki, köhnə külək hər il yeni yarpaqlara tökülməyi öyrədir. İcazə verin, sizə, yəni bir- birini ayağının altına qoyub ucalanlara qoşulmayım, Xoşbəxtliyin xəndəyinə yıxılmaq üçün. İcazə verin, mən günə baxmayan günəbaxan olum. |Aqşin Yenisey
Şiir
Yağış yuyur, gün qurudur... youtu.be/E7ijHKS8z8w
Müzik
Qarışığam
Qarışığam, bir gün özümdən küsüb, sabah barışıram. Qarışığam, söndür Bakını, səndən danışıram.. Yuxum qaçıb, tapa bilmirəm. O qədər unutdum ki, heç adımı da bilmirəm. Qarışığam, tökülür yuxum, yerdən yığıb yazıram. Yıxdım ürəyimdəki kədər qalasını, Gərək dağıtmaya adam, yaşadığı daxmasını.. Öyrəşmə mənə. Mən bəzən odam, bəzən su.. Ürəyim sənsiz boş qutu. Ver suallarını, cavablardan savayı yoxdu heçnəyi, Suallarsa havayı. (Sual ver. Sual ver. Sual ver....) Qarışığam, özüm özümə küsüb, səhər yenə barışıram.. Qarışır adam, içimdə dərin qaranqu, Şeytanıma daş atanlar, şeytanı söndürür su. Qarışır adam, içim boş qutu, bir də bu qaranqu içində azır adam.. Qaranlığda aydınlanır adam, ovsunluyur qarışıqlıq içində tükənir adam. Qarışığam, yığılıb - yığılıb birdən dağılıram, Hərdən özünü yığa bilmir adam... |Əli Xəyyam
Şiir