Onu gördüyü ilk
gündən indiyədək, iki ay ərzində başlarından keçənləri sürətlə xəyalına gətirmək,
yadına salmaq istədi. İndi onun yanınca addımlayan və bir zamanlar onu xoş
söhbətləri ilə valeh edən bu adama son dərəcə bağlı olduğunu hiss etdi. Saçları
yenə də alnına tökülmüşdü. Çeşməyinin şüşələri yenə də bulaşıq, danışanda
titrəyən dodaqları yenə də gözəl, həm də çox gözəl görünürdü. Birgə keçirib yola
saldıqları bu qısa dövrdə bütün çətinliklərə baxmayaraq, onu yenə də çox sevirdi.
Hər hansı bir səbəbə görə bu adamdan ayrıla biləcəyini ağlına belə gətirə bilmirdi.
Öz-özünə deyirdi: “Bu uşaq təbiətli adamın bağışlanmamalı günahı ola bilməz. Nə
cür hərəkət etsə, xoşuma gəlir”.