Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur
Qış soyunub təbiəti Yenə girər yatağına. Yenə yorğun bir sükunət Çökər sənin otağına. Burda təqvimin hər rəfi Mübarək darıxmaq ayı. Sanki əkizlər bürcüyəm İtkin düşüb əkiz tayım. Biz dilə-dişə düşəndən Dilimdən düşməyir adın. Yuxumu ərşə çəkmisən, Nazını çəkdiyim qadın. İndi mənim ovcumda Əlin qədər bir boşluq var. Qırışlı alın yazımda "Həsrət" adlı bir başlıq var. Oralarda tək qalmısan, Bir köməyin, dayağın yox. Gecələr üstünü örtən Doğma, əziz oyağın yox. Bilirəm ki, darıxırsan, Gözündən uzaqdır yuxu. Bir filmlə başını qat, Ya da ki bir kitab oxu. Bu daş döyən küləklərdə Yerin – qucağım üşüyür. Sənin əlin dəymir deyə İsti ocağım üşüyür. Səni narahat edirsə Xəstələnib üşüməyim. Əynini qalın geyin ki, Xəstələnib üşüməyim.
Aqşin Evrən
Aqşin Evrən