Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Kushvar Shukurova

Kushvar Shukurova
@sun7
An English teacher
ADU/AUL
12 Eylül 2001
25 okur puanı
Nisan 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
560 syf.
10/10 puan verdi
·
8 günde okudu
Çox axıcı və maraqlı kitabdır. Əsərin baş qəhrəmanı faşizmə görə Almaniyadan uzaqlaşıb Fransada mühacir həyatı yaşayan Ravikdir. Ravik həm də peşəkar cərrahdır. Əsərin mövzusu Ravikin həyatı, düşüncələri, duyğuları ilə bağlıdır. Mənə görə əsəri əsas maraqlı edən cəhət Ravikin düşüncələridir, fikirlərinin çoxu böyük dərinlikləri özündə ifadə edir. Və Ravikin çox humanist bir insan olması da diqqətimi çox cəlb etdi. Ümumilikdə isə möhtəşəm bir kitabdır!
Zəfər Tağı
Zəfər TağıErich Maria Remarque · Qanun Nəşriyyatı · 2014439 okunma
Reklam
400 syf.
8/10 puan verdi
·
7 günde okudu
Çox maraqlı və psixoloji cəhətdən bir çox xırdalıqları özündə əks etdirən bir əsərdir. Məncə oxunmağa dəyər bir əsərdir! Ümumilikdə maraqlı bir məzmunu, axıcı, rahat anlaşılan bir dili var. Sonu gözlənilməz bir sonluqla bitir. Sadəcə sonunu bir az bəyənmədim. Əsər yoldaşını öldürən bir qadın və onu müalicə edən psixiatrla daha çox bağlıdır. Buradan çıxan əsas nəticələrdən biri uşaqlıq travmaları olan insanların, yəni ailələrindən sevgi görməyən insanlar başqa mənada da əsil sevgini həyatda müəyyən edə bilmirlər. Bir çox başqa nüanslara da toxunulub. Qısası, bir çox insana rahatlıqla oxumaq tövsiyə edə biləcəyim bir kitabdır.
Səssiz Pasiyent
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 20214,451 okunma