Franz Kafka ən çox sevdiyim yazarlardan biridir. Ədəbiyyat kədərdən, melanxoliyadan qidalanır və Kafka da bunu ən yaxşı icra edən yazıçılardan biridir. Baxmayaraq ki, bu əsəri bir kitabdan daha çox onun şəxsi və ən ağır qələmə aldığı bir məktubdur. Və zənnimcə, hər kəsə tövsiyə edilə biləcək kitablardan deyil. Bir çox psixoloq bu kitabı atası ilə problemləri olan insanlara tövsiyə edir. Məncə də, insan oxuduqca doğma, özündən bir parça kimi hiss edir. Necə deyərlər, bir şeyi ən çox özündən bir parça tapanda sevirsən. Bu kitab da, sözsüz, ən sevdiklərim arasına daxil oldu.