Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Tamam Latifova

Tamam Latifova yorumladı.
124 syf.
8/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Salam. Əvvəla, "Doppler" Erlend Loe'in qələmindən oxuduğum ilk kitab oldu, amma əminəm ki, son kitabı olmayacaq. Kitab ilk sətirlərindən oxuyucuya maraq hissini oyatmağı bacarır.  Oxuyucuya xoş təəssüratlar bağışlamaqla birlikdə həm də düşündürür. Hər şey baş qəhrəmanımızın velosipetdən yıxılmağı ilə başlayır. O, gün demək olar ki onun çevrilişi olur. Bütün işini, qazancını, hətta ailəsini də tərk edib meşəyə köçür.Sadə şəkildə,anlaşılır dildə yazılmağına baxmayaraq əsərin alt mətnində bir çox incə və həyatlarımızdan nüanslar tapmaq mümkündür. Hər birimiz dərs, iş, ailə və.s kimi mövzularda çətinliklərlə üzləşirik. Bəzən uğurlarımız və ya uğursuzluqlarımız olur. Kitab da həyatın uğur və ya uğursuzluqlardan ibarət olmadığını, yaşamağın özünün bir iş ola biləcəyini bizə göstərməyə çalışır. Yəqin ki, hər birimiz eşitmişik " torpaqdan yarandıq və torpağa da qayıdacağıq". Amma bir çoxlarımız bunu unuduruq. Baş qəhrəmanımız Andreas Doppler bizə bunu xatırlatmağa çalışır. Bizim Doppler kimi hər şeyi qoyub-gətmək üçün bir fürsətimiz olmaya bilər. Hər birimiz eyni fürsətlərlə eyni bacarıqlarla doğulmaya da bilərik, amma məncə dönüb həyatlarımızda yaşamağa dəyər səbəblər tapa bilərik. Mən həyatımda səbəbi oxuduğum kitablarda tapdım. Ən çətin vaxtlarımda kitablarda çətinliklərimə cavab tapa bildim. Cavab tapa bilmədiyim vaxtlar da isə onlar vasitəsilə bir saatlıqda olsa sakitləşə bildim. Ümidim hərkəsin özü üçün yararlı vasitə, məkan tapa bilməyidir.
Doppler
DopplerErlend Loe · Yapı Kredi Yayınları · 20199,5bin okunma
Tamam Latifova okurunun profil resmi
Qeyri-müəyyənliklərlə dolu bir dünyada, sadəcə bir saatlıq olsa belə, rahatlıq mənbəyini tapa bilmək həqiqətən əvəzolunmazdır. İstər kitablar, istər sənət, istər təbiət, istərsə də özünü ifadə etməyin digər bir formaları vasitəsilə hər bir insanın özünəməxsus qaçış, təsəlli yolu var. Məhz bunlar vasitəsilə biz həyatın mürəkkəbliklərində öz trayektoriyamızı çəkib, həyatın bəxş edə biləcəyi gözəl yolu gedə bilərik. Kitabı mütləq siyahıma əlavə edib bir gün oxuyacağam.
Jasmin Afandi okurunun profil resmi
Sizə çox qatılıram. Oxumağa dəyər kitablardandır. Sizin fikirlərinizi də səbirsizliklə gözləyirəm.