Gulnaz Najafova

Puan vermedi·479 syf.··
2022 21. kitabı
Bir dəfə oxuduğum romanlardan birində bu misralar beynimə istəmsizcə həkk olundu : " Təqvimlərdə qara haşiyəya alınmış günlərlə qırmızı yazılmış günlər vaxt adlı eyni ananın övladı olsa da, dünyaya eyni cür gəlsə də, birincilər nifrət, ikincilər rəğbətlə yaşamağa məhkumdur. Günlərin xoşbəxtliyi və bədbəxtliyinin müəllifi insanlardır, əlbət ki." Əslində sadə cümlələr, sadə bir fikirdi, amma bir çoxları üçün. Mənim üçün isə nisbətən daha dərindi anlamı. Özümlə təklikdə qalıb, söhbət etməyi xoşlayıram. Ən çox da gün sonu edirəm bunu. Sutkanın müxtəlif saatlarında yaşadığım hissləri, gün ərzində danışdığım insanlara verdiyim reaksiyaları, cavabları düşünürəm. Və özümə bu sualı verirəm: " Bu gün sənin üçün nə ifadə edir? Bu sualı özümə verməyə yuxarıda qeyd etdiyim cümlələri oxuduğum gün başladım. Və belə bir qərar verdim bundan sonra heç vaxt heç bir anımı boşuna yaşamayacam . Hər birinin öz anlamı olacaq. Həmin günümə kiminsə təsir etməsinə, mənim günümün müəllifinin başqası olmasına icazə verməyəcəm. Əgər xoşbəxt hiss edirəmsə də , pis hiss edirəmsə də bunun müəllifi mən olmalıyam. Sizə də tövsiyyəm, özünüzlə söhbət etməyi bacarın və kiminsə sizə təsir etməsinə icazə verməyin. P.S. roman- Varis Yolcuyev #yetmisyeddincigun
Psikoloji
Yetmiş Yeddinci GünVaris · "Apostrof" Çap Evi · 2012250 okunma
Reklam
7/10
·224 syf.··
Beğendi
·
2022 3. kitabı
Bu gün yeni bir Varis kitabının sonuna gəldim. İndiyə qədər oxuduğum kitablarını sıralasaq: 1.Yaşıl üzlü gündəlik 2.Sonuncu ölən ümidlərdir 3.Sənə inanıram 4.Yetmiş yeddinci gün 5.Əzilmiş fotoşəkillər 6.Yol ayrıcında azıb qalanlar 7.Uzaqdan gələn yağış... Dram məzmunlu kitablara olan acgöz həvəsimə görə böyük istək və diqqətlə oxudum bu kitabı. Varisin əksər kitablarında baş rol qadın obrazlarının həyatlarını uğursuz sevginin necə dəyişdiyi əks olunur. Bu uğursuz sevgiyə gətirib çıxaran əsas səbəblər başısoyuq qərarlar, sevginin "kor gözlü" oluşudur. Maraqlıdır ki, karantinin başladığı müddətdə ilk oxuduğum 3 kitabda qadınlar, 20 yaşlı (və o civarda) qadınlar idi. Mən də bu kitablara həvəsimi salanda 20 yaşında gənc qız idim.( 15.03.2020) O vaxta qədər dedektiv və fantastik oxuyan bir qız üçün maraqlı təcrübə idi deyə, oxuduğum hər hadisədə səsli reaksiyalar verirdim, əsəbiləşirdim, gülürdüm. Onların verdiyi qərarlarda özümə sual verirdim: "Sən nə edərdin, Gülüş?". Özümə verdiyim cavablar bəzən məni qane etdi, bəzənsə yox... Gələndə isə kitablara...İnsanın əxlaqi keyfiyyətlərini tərbiyə etməsində yol göstərən əsas vasitələrdəndir. İşlərim çox olsa da mütaliəyə həmişə vaxt yarada bilərəm deyə düşündüm.Məncə bu hər kəs üçün belə olmalıdır. Uzaqdan gələn yağış... Daha bir sonu hüzünlə bitən sevgi... Qınadım mı? Qınadım. Əsəbiləşdim mi? Təbiiki. Öz-özümə də düşündüm ki, İnsanın anasının ədəbiyyatçı olması bir ayrıcalıqdır. Zaman-zaman anamla müzakirə etdiyimiz həyat hekayələrinin təsviri o qədər çox idi ki, əsərdə... Qadını kölə kimi, kiminsə namusu olaraq görən bayağı düşüncəli ali savadlı insanların var oluşu çox acı həqiqətdir. Hər bir fərd kimi qadının namusuna başqası yox özü sahib çıxmalıdır. Doğrudur ki, qız uşaqları həyatları ilə bağlı qərar verəndə
İnsan ve Duygular
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018494 okunma