Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gulnaz Najafova

Gulnaz Najafova
@thegulz
Bu gün vəd olunmuşdu ki, hava yağmursuz keçəcək.. Qəribədir, biz görmədiyimiz hər şeyə inanmağa adət etmişik. Bu inama görə isə ən böyük hədiyyəmiz — görə bilmədiyimizi görmək xoşbəxtliyi ola bilər. Nə yazıq ki, bu hədiyyədən məhrumuq. Və bir də... insanlar əksər vaxtlarda isbata ehtiyacı olmayan həqiqətdən çox özlərinə sərf edən qeyri-müəyyənliyə inanırlar. Axı kim bilmir ki, sevmək — insanın özünü aldatmasından başlayıb, başqasını aldatmasında bitir? Qadın ona görə aldadır ki, hiss etdiklərini gizləsin. Kişi isə ona görə aldadır ki, hiss etmədiklərini göstərsin. Və ən nəhayət...Sevgini yalan qədər möhkəmləndirən və həqiqət qədər dağıdan ikinci bir nəsnə yoxmuş, əslində Bu gün vəd olunmuşdu ki, hava yağmursuz keçəcək. Ancaq bütün günü yağış yağdı... ..Sevgidə və hava məlumatında heç vaxt yalan olmur. Sadəcə səhv olur... #varissənəinanıram