Bu, deyəsən, xəstəlik kimi bir şeydi - eyni şey- dən asılı qalmaq. Eyni mahnılar, eyni telefon, eyni evdən və daha neçə eyni şeylərdən. Eyni mahnıya saatlarla, günlərlə qulaq asmaq da, yəqin, eyni hislərdir. Amma, həqiqətən, diqqətlə yaşadığımız dünyaya nəzər yetirsək, hər şeyin eynilər üzərində qurulduğunu görərik: eyni dünya, eyni torpaqlar, eyni qanunlar, eyni insanlar.