Booklandc

Booklandc
@tukushka
physics teacher
Azerbaijan
1991
246 okur puanı
Ekim 2020 tarihinde katıldı
9/10
·424 syf.··
2024 18. kitabı
·
10 günde okudu
·
Okunma: 23 Haziran 2024 16:12
Mən əminəm ki,Cəmşid Əmirovu ,yeni oxucuların, əksəriyyəti, tanımır. Detektiv janrını sevib, Azərbaycanda detektiv janrinin banisinin əsərlərindən oxumamaq, əlbəttə ki,olmaz.Bəli, Cəmşid Əmirov milli ədəbiyyatimizda,detektiv janrda ilk əsər yazan yazıçıdır. Detektiv roman sevənlərinin, xüsusilə,oxumalı olduğu kitabdır. Mütəşəkkil cinayətkar dəstənin oğurluqlari, qətllər və onların fonunda baş verən hadisələr əsərin əsas süjet xəttini təşkil edir.Tapanca Yədulla və müstəntiq Rəsulovun geniş mübarizəsi kitabın sonuna qədər davam edir.Hadisələri təxmin edə bilmirdim, oxuduqca düşünürdüm bu hadisənin,o biri hadisə ilə nə əlaqəsi var.Bu da,bir roman üçün "olmazsa olmazlar"dandır,oxucu sıxılmasın deyə,əsərə marağı artsın. "Brilyant məsələsi" "Qara Volqa" romanının davamı kimi yazılıb. Yeri gəlmişkən,romanda ,60 ci illər Bakisi xırda detalları ilə geniş təsvir olunub.Xususilə,küçə adları diqqətimi çəkdi. Əsərin dili çox axıcıdır, hadisələr bir-bir ilə ustalıqla əlaqələndirilib,oxucunu kitabın sonuna qədər maraqda saxlayır.
Brilyant MəsələsiCəmşid Əmirov · Xan Nəşriyyatı · 2024115 okunma
Reklam
9/10
·272 syf.··
2023 26. kitabı
·
14 günde okudu
·
Okunma: 26 Temmuz 2023 15:54
Bəzi şeylər gerçəkləşməyəndə gözəldir.Bəzi diləklər,arzular elə arzu olaraq qalmalıdır.Sonsuz xəyallar dünyasında gəzərkən insana cazibəli gələn bir xəyalı əyninə geyməsi onu hansı uçurumlardan aşağı atacaq,onu hansı imtahanlarla üz-üzə qoyacaq -bunu bilə bilməz.Eynilə Dorian Grey kimi. Roman Basil Hallwardin ( rəssam) Dorianin portretini çəkməsi ilə başlayır.Dorian çox yaraşıqlı biridir.Hər insan kimi yaşlanmaqdan və ölməkdən qorxur, portretinin önündə dayanıb heyranlıqla portretinə baxar,onun yerinə portretinin yaşlanmasını murad edər və ruhunun şeytanı ilə bazarlıq gerçəkləşər. Lord Henry bu kitabda məni ən çox təəccübləndirən obraz oldu.Onun dialoqlari kitaba ayrı bir hava qatıb. -"Iyi etki diye bir şey yoktur Bay Grey.Etki,özünde tümden gayriahlakidir;bilimsel olarak da böyledir. -"Neden?" -"Çünki bir insanı etkilemek ona kendi ruhunu vermektir " Doriani o mu bu hala gətirdi? Məncə yox.Lord Henry ilə Dorianin dostluğu,Dorianin içində gizlənən pis;gerçək ya da gizlətdiyi tərəfini ortaya çıxardı; Dorian da həyatı həzz üzərinə yaşamağa başladı və bu mövzuda bütün sərhədləri aşdı. Dorian dost qurbanı mi oldu? Düşünmürəm.Dorian qürurunun, qısqanclığınin qurbanı oldu.Butun çirkinlikləri o ruhunda daşıyırdı.Basil onun portretini çəkərkən ,o qürur artıq qabarmışdi.Doriani əsl incidən isə yaşadığı həyatın kirliliyinin portretində əksini görməsi idi,ruhunun bu qədər çirkin olduğunu, yaşlandığını qəbul edə bilmirdi. Son olaraq,bir məktubunda Oscar Wilde qəhrəmanlarının özünü əks etdirdiyini bildirmişdir: - Basil Hallward öz haqqımda düşündüklərim,Lord Henry dünyanın haqqımda düşündükləri,Dorian Grey olmaq istədiyim - (bəlkə başqa yaşlarımda )şəxs idi. "Senin sanatın yaşamın oldu" "Insan ruhunu yitirdikten sonra dünyalar onun olsa neye yarar"
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399bin okunma
7/10
·464 syf.··
2022 28. kitabı
·
9 günde okudu
·
Okunma: 27 Mayıs 2022 12:57
İki şəhərin hekayəsi Əsərin mövzusu haqqında yazmayacam,bu haqda kifayət qədər oxucunun təhlili var burada.Mən ən çox kitabda mənim diqqətimi çəkən,qəlbimə,ağlıma həkk olunan,unutmayacağım məqamlara toxunmaq istəyirəm. Kitabda ədalət, haqsızlıq,zülm,sevgi,nifrət,intiqam,aclıq, səfalət,acı,kədər,ayriliq,dostluq,sadiqlik,xəyanət -butun duyğulara rast gəlmək olur.18ci əsr Fransasinin aclıq, səfalət içində yaşayan,varlıların bolluqdan,kasıbların aclıqdan öldüyü atmosferi hakimdir əsərə. Əsərdəki hər bir dialoq,hər bir qəhrəman əsasdır.Kitabin ortasında bir də görürsən ki,sənin o qədər də ciddiyə almadığın qəhrəmanlardan biri hadisələrin mərkəzində imiş.Məsələn Madam Defarge kimi,o qədər önəmli saymadigim bu obraz mənə sonda "A. a.a"dedirtdi.Hadisələr o qədər bir biri ilə sıx bağlıdır ki,oxuyarkən həyəcanlanmamaq mümkün deyil,əsər sona doğru daha çox surukləyici idi. Mənə görə əsərin baş qəhrəmanı Sdney Cartondur.Kitabin başından oxumağa başlayandan onunla dialoqlar bir başqa hava qatırdı kitaba. Hər nə olursa olsun,kim belə qərar verə bilərdi həyatı ilə bağlı?!Necə sevgi, dostluq var uğrunda fədakarlıq ediləcək indi?! Carton bəlkə sevdiyi üçün,bəlkə ədalət üçün bunu edirdi,bəlkə də yaşadığının həqiqi anlamı olması üçün.Carles Darneyin həyatının yenidən anlam qazanması Cartonun həyatı ilə bağlı idi.Charles Darney həbsxanadakı son günündə hər kəsə məktub yazirdi,Lucie,Mr Lorry və həkim Manette 'ə.Carton onun ağlına belə gəlməmişdi.Carton bir insanın başqa bir insana bu həyatda hədiyyə edə biləcəyi ən böyük,ən qiymətli şeyi hədiyyə edirdi Darneyə,amma onun ağlına belə gəlməmişdi Carton. "Carton aklına hiç gelmedi.Zihni diğerleriyle o kadar meşguldü ki,bir an için bile aklına gelmedi o" Və bir hissə daha:Cartonu həbsxanada qarşısında görən Darneyə: " Görmeyi umduğun en
İki Şehrin HikâyesiCharles Dickens · Can Yayınları · 202376,4bin okunma
10/10
·88 syf.··
2021 41. kitabı
Hər muəllimin mütləq oxumalı olduğu kitab ⬇️⬇️⬇️⬇️⬇️ "Büyük gemiler,büyük sularda üzer.Ben büyük bir okyanus gemisiyim.Ancak halkın bilgisizliği, aptallığı da derya deniz.Tam da burada büyük gemilere ihtiyaç var" Grigori Petrovdan oxuduğum ikinci kitabdır."Ağ zambaqlar ölkəsində"kitabının hər cümləsini beynimə naxış edərkən,yazarın bu ikinci kitabı yenə möhürünü vurdu.Umumiyyətlə,cəmiyyəti dəyişmək,beyinləri yenidən inşa etmək,daha düşünən və aydın gələcək üçün Rachinski kimi zəkalarin çox olmasi lazımdır.Və kimsə mütləq əlini daşın altına qoymalıdır.İstiqaməti dəyişmək üçün.Bu kitabi oxuduqca gözümün önündə "Ölü ozanlar dərnəyi"və "3 idiots" filmi canlandı.OXUYUN,OXUTDURUN.
İdealist ÖğretmenGrigory Petrov · Koridor Yayıncılık · 20177,8bin okunma
Puan vermedi·400 syf.··
2021 35. kitabı
·
3 günde okudu
·
Okunma: 10 Kasım 2021 18:56
İlyas Əfəndiyevin yaradıcılığında oxuduğum əsərlər arasında ilk yerə "Söyüdlü arx"romanını,ardınca "Korpusalanlar",daha sonra, "Üçatilan" və "Geriyə baxma,qoca"ni qoyardım." Üçatilan da avtobioqrafik əsər sayılır.Hadisələr Füzuli rayonunun Kürdmahmudlu kəndində cərəyan edir.Bas qəhrəmanlarımız Ərşad və Sərfinaz bu kənddə doğulub və yaşamışlar. Ötən əsrdə geniş vüsət alan qaçaqçılıq, təsərrüfatlarin birləşməsi,kulaklar,milli-mənəvi dəyərlər əsərin ana xəttinin mövzusudur.Bədii dili zəngindir, axıcidir.Mutləq oxunmalıdır.
Üçatılanİlyas Efendiyev · Gənclik Nəşriyyatı · 198293 okunma
Reklam