Kitab psixoloji baxımdan oxucunu aşağı çəkən, ağır təsir buraxan bir əsərdir. Dostoyevskinin əsərlərini oxuyarkən hiss edilən daxili çöküşü burada da yaşamaq mümkündür, lakin məncə bu kitabda həmin hiss daha dərindən və daha sarsıdıcı şəkildə verilir. Qəhrəmanın cəmiyyətdən kənarda qalması və ona uyğunlaşa bilməməsi xüsusilə üzücü təsir bağışlayır. Əsəri bitirdikdən sonra yazarın həyatı haqqında oxuduqlarım, xüsusilə də onun intihar etdiyini öyrənməyim, kitabın yaratdığı təsiri daha da gücləndirdi.
Cəmiyyət. Mənə elə gəlir ki, nəhayət, bu anlayışın mənasını müəyyən qədər dərk edə bildim. Yalnız və yalnız fərdlərin rəqabəti, hər kəsin mütləq qalib gəlməyə can atdığı ani və konkret rəqabət - bax budur cəmiyyət. Sözdə böyük nəyinsə tərəfdarı olurlar, amma hər kəsin səyinin məqsədi-“mən” və yenə də “mən”dir. Cəmiyyətin problemləri hər bir “mən”in problemidir, insan okeanı cəmiyyət deyil, “mən” çoxluğudur.