Türkan Bilalova

Türkan Bilalova
@turkan_blv
𝚿
Psychology - Khazar University
30 Ağustos
376 okur puanı
Mayıs 2022 tarihinde katıldı
8/10
·520 syf.··
2024 11. kitabı
Uğurla xəyalların arasında bitən bir ruhun hekayəsi... Öncəliklə onu deyim ki, kitab elə bir zamanıma denk gəldi ki, davamlı şəkildə oxuya bilmirdim. Amma ortalarından sonra artıq axıcı olaraq davam etdim. 2024-də bitirdiyim son kitab oldu. Kitabı oxuyarkən Jack Londonun həyatından müəyyən hissələri də görə bilirik. Əslində kitabın məzmununu 5-6 sətirdə izah etmək olar. Amma burda önəmli olan Martinin addım-addım necə dəyişdiyini, hansı yollardan keçdiyini görmək oldu. Hər şey Martinin Ruth'a olan sevgisi ilə başlayır deyə bilərik. Bunun nəticəsində özünü inkişaf etdirməyə, Ruth'a layiq biri olmağa çalışır ilk başlarda. Lakin zamanla yalnız Ruth'a deyil, öz arzularına, uğurlarına da bağlanır. Özü xaric heç kəs onun bacaracağına inanmır (hətta ən yaxınları belə). Mübarizə aparır, yazıçı olmaq, əsərlərini tanıtmaq üçün hər şeyini qurban verir, amma zirvəyə çatdıqca həyatdan zövq almağı unudur. Artıq arzuladığı şöhrət, uğur, müvəffəqiyyət əlində olsa belə öz daxilindəki boşluğu doldura bilmir. Kitab boyunca Martinin içində gedən daxili mübarizə, həyata olan baxışlarının dəyişməsi məni ən çox təsirləndirən tərəf oldu. Həyatın mənası, uğur və məhəbbət kimi böyük mövzular kitab boyu qarşımıza çıxır, bizi düşündürür. Kitabın ən ağır hissəsi Martinin uğur zirvəsində təkliklə qarşılaşdığı anlardır. O, zirvədə olmaq istəyirdi, amma bu zirvə onun düşündüyü qədər parlaq olmadı. Kitabın sonluğu isə məni daha da təəccübləndirdi. Elə bitəcəyini heç düşünmürdüm. Overall kitaba puanım: 8.3/10
Martin EdenJack London · İndigo Kitap · 2018134,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
7/10
·268 syf.··
2024 10. kitabı
Qaraqan (Elxan Zeynallı) mənim üçün hər zaman öz həyat fəlsəfəsi, fərqli yanaşma tərzi olduğunu düşündüyüm yazıçı, musiqiçi olub. İlk tanışlığım illər öncə rap'larıyla başlayıb. İndiyə qədər də treack'lərini dinləyirəm, amma kitablarını oxumağa o qədər əvvəldən başlamamışam. Qaraqanın digər əsərlərində olduğu kimi "Evakuasiya" da insanın öz daxili dünyası və kənar dünya arasındakı anlaşmazlığı əks etdirir bir növ. Axıcı bir əsərdir, başladıqdan sonra davamlı oxuma istəyi yaradır. Tarix, dini biliklər, masonluq, fantastika, sevgi və s. hamısı birlikdə təsvir olunub. Kitabın sonunda Qaraqan belə bir sual verir: "Bilmirəm demək olarmı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir?" Özünün də dediyi kimi, "hər yarımçıq sonluqdan sizin azad düşüncəniz və seçiminiz başlayır." Fidan və Kənanın vəziyyəti üçün dəyərləndirsək, xoşbəxt sonlu sayılar, bəli. Amma bu yolda verilən qurbanlara baxsaq nə dərəcədə xoşbəxt adlandıra bilərik ki? Overall: 7/10️
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,375 okunma
Puan vermedi·160 syf.··
2024 5. kitabı
·
4 saatte okudu
·
Okunma: 17 Temmuz 2024 00:29
Kitab imza günündən hədiyyə edilmişdi, sadəcə rəfimdə qalmışdı. 157 səhifə olsa da, səhifələr dolu-dolu səhifələr deyildi. 3-5 cümlə və səhifə bitdi. 1 saata bitirdim kitabı. Bundan əvvəl Miraç Çağrı Aktaşın 2 kitabını oxumuşdum, bu 3-cü oldu. Kitabı çox da bəyənmədim. Açığını desəm, kitab mənə çox bəsit gəldi. Müəllif sadəcə yaşadığı ayrılığı və ayrılıq sonrası çəkdiyi acıları təsvir edib, açığı, mənə ərgəncə gəldi. Tövsiyyə edirəmmi? Hə deməzdim, dəyməyəcəyini düşünürəm. Kitaba puanım: 1.8
Bana Seni Seviyorum Deme SevMiraç Çağrı Aktaş · İndigo Kitap · 20212,918 okunma
Puan vermedi·512 syf.··
2024 6. kitabı
İsmayıl Şıxlının 9-10 il ərzində yazıb yaratdığı şahəsər. Əsər sanki həmin dövrün güzgüsüdür. Səthi oxusaq sadəcə bir roman oxumuş olarıq. Amma əsəri daha dərinə gedərək, düşünüb anlayaraq oxusaq, çox şey öyrənərik. Əsərin əsas qəhrəmanı – Cahandar ağa elə bir obrazdır ki, tam olaraq mənfi yoxsa tam olaraq müsbət obraz olduğunu anlamaq olmur. Öz namusunu hər şeydən üstün tutduğu halda, başqasının namusuna əl uzadaraq həyatını məhv etməsinə, namusu üçün ən yaxınını belə öldürməsinə baxmayaraq, eyni zamanda da torpağını canı, qanı bahasına qoruyur və buna görə də oxucu üçün mürəkkəb, ziddiyyətli obraz sayılır. Bəlkə də onu sevdirən bu ziddiyyətidir. Əsərdə təhsilin önəmi də vurğulanır. "Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər." (s.392) Azad düşünən insanlara necə qarşı çıxıldığı da öz əksini tapıb. Ümumilikdə, adət-ənənə, namus, əxlaq normaları, varlı-kasıb münasibətləri, din, təhsil və s. hamısı bir arada romanda əks etdirilib. Oxumağa dəyərmi? Dəyər. Əsərlə eyniadlı film də çəkilmişdir. Amma kitabın oxunmasını daha çox tövsiyyə edirəm, çünki bir sıra hissələr ixtisar olunub ya da dəyişdirilib. Buna görə də əgər filmə baxmısınızsa, yenə də kitabı oxuya bilərsiniz. Kitaba puanım: 8.7
Dəli Kürİsmayıl Şıxlı · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20141,110 okunma
6/10
·328 syf.··
2024 4. kitabı
·
4 günde okudu
·
Okunma: 21 Mart 2024 18:13
Wulf Dorn'un oxuduğum ilk əsəri oldu. Əslində kitabda fəlsəfi ideyalar çox olmadığı üçün qısa zaman ərzində oxumaq olur. Axıcı, anlaşılan dildədir. Real dünyamızda üzləşdiyimiz, demək olar ki, uşaqlarla bağlı problemlər öz əksini tapıb. Böyüklər tərəfindən uşaqlara edilən haqsızlıqlar, görməzdən gəlinmələri, uşaqlara qarşı şiddət, təcavüz və daha bir çox şey... Təəssüf ki, günümüzdə dünyanın fərqli yerlərində uşaq olmanın həyəcanını yaşaya bilməyən, oyun oynayacağı yaşda ağır travmalar, qorxunc hadisələr yaşayan çox sayda uşaq var. Kitabın əsas mövzusu da budur. Çox spoiler vermək istəmirəm, sadəcə olaraq, onu deyim ki, kitabda 4 qəzet başlığı da əks olunub və bunlardan 3ü (səhv etmirəmsə) gerçək həyatda yaşanmış hadisədir. Əslində bu hadisələri oxuyanda o hadisələri yaşayan uşaqların nələrə məruz qaldığını təsəvvür etmək belə istəmədim. Kitabın sonluğunu isə fərqli gözləyirdim. Yəni kitabı oxuduqdan sonra insanda "Yəni? Nə oldu ki indi?" kimi düşüncə yaranır. Ümumilikdə kitaba puanım: 6.4/10
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,830 okunma