Bizə tarix dərsini direktorumuz keçirdi. Onun dərsləri həm mənim, həm də bütün sinif yoldaşlarımçün əyləncəylə keçirdi. Zarafatla ciddiliyi birləşdirib hərdən yarış keçirir, hərdən də açıq dərs edirdik. Açıq dərs də nədir, deməli müəllimlər çağırılır bir neçə, bir də başqa siniflərdən uşaqlar. Bütün sinif də hansə dərs açıq dərsdə keçiləcəksə, o barədə nəyisə hazırlayır. "20-ci əsrin əvvəllərində mədəniyyət" adlı dərsimizdə müəllim C. Məmmədquluzadənin "Ölülər" əsərindən bir hissə canlandırmasaq, "günah" olar deyə bir fikir ortaya atdı. Hamı razılaşdı, amma kim oynasın rolu? Hansı hissəni edək? Bu kimi suallar yarandı. Müəllim dedi Kefli İsgəndərin əsər sonundakı monoloqu olsun. Yenə hamı razılaşdı. Amma oynayacaq adam tapılmır, heç kəs boyun qoymur. Mənim də ağlıma gəlmir ki, rolu götürüm, çünki mən həm ssenarist, həm də rejissor olduğuma görə, rol da götürüb ifa etməyim çətin olacaq. Birdən müəllim: "Aqil, Kefli İsgəndəri sən canlandıracaqsan!",- dedi. Mən qəbullanmıram,-"Ay müəllim, hər şey yaxşı olub bununla mən pis etməyim dərsi, alındırmaram, heyf olar zəhmətimiz",- deyə uzun-uzadı danışıram, amma xeyri yoxdur. Sonda rol mənə qaldı. Oturdum, əzbərlədim, onsuz çox uzun deyil. Gəldim önə, dörd abzaslıq bir nitq söyləyir əsərdə Kefli İsgəndər. İlk iki abzası tamamilə əzbər dedim, rola da özümü buraxmışam, Kefli İsgəndər danışarkən hansı hərəkətləri edə bilərsə, əlimlə, qolumla edirəm. Üçüncü abzasa çatıram, ikinci abzasın sonundayam hardasa... Aha, ağlımdan silindi üç ilə dördüncü abzaslar. İkinci abzasın sonunda qısa bir nəfəs alıb davam etməliyəm, amma necə?! Bütün yadımdan çıxıb, neyləyim?! Ürəyimdə Mirzə Cəlildən üzr istəyib özüm düz-qoş eləməyə başladım. Onlara deyə biləcəyi cümlələri sanki həqiqətən Kefli İsgəndər deyirmiş kimi deməyə başladım. Müəllimimiz