Kitab mənim çox sevdiyim kitablar sırasına daxil oldu. Belə ki, bunu oxuyan kəslər deməli həyatında nəyisə dəyişməyə cəhd edir, nəsə boşluq hiss edir, nələrinsə düz getmədiyini anlayırlar.
Kitab sizə həyatı necə daha dəyərli edə biləcəyinizi, uzunömürlülüyün və xoşbəxtliyin açarını necə tapacağınızı danışır. Bunun üçün də tövsiyələr verir.
Kitabda əsas diqqət yetirilən şey "ikiqay" fəlsəfəsidir. Belə ki, ikiqay "yaşamaq üçün səbəb" və ya "səhər yataqdan qalxmaq üçün səbəb" mənasını verir. Bu, ehtiyaclarınız, istəkləriniz, məqsədləriniz və məmnuniyyətinizin qovuşduğu yerdir: mükəmməl balans və tam məmnuniyyət nöqtəsi.
Kitabın əsas götürdüyü şəxslərsə Yaponiyanın Okinava adasında yaşayanlardır. Onlar dünyanın digər bütün yerlərindəki insanlardan daha çox yaşayırlar. Onlar 90, 100, 110, hətta 120-ci yaşlarını belə şadyanalıqla keçirirlər. Stressdən uzaq, tələsmədən, sağlam qidalanaraq, səhərlər "günəşi salamlayaraq" günü açırlar.
Insanı həm ruhlandıran, həm də rahatlandıran bu kitab sizə öz ikiqayınızı tapmaqda kömək edəcək, həyatınızı dəyişmək imkanı yaradacaq.
Uzunömürlülüyün sirri nə tam sağlam yaşamadadır, nə də dayanmadan sağlam yaşamaq üçün cəhd etməkdə. Kitabda bunu nümunələrlə göstərirlər. Məsələn, 122 yaşına kimi yaşamış Janna Kalma düz 120 yaşına kimi siqaret çəkib. Son zamanlar çəkməməsinə səbəb isə gözünün katarakt olması ilə siqareti dodağına yanaşdıra bilməməsi olub. O, 120 yaşını qey edəndə deyirmiş : "Pis görürəm, pis eşidirəm, bəzən özümü pis hiss edirəm, amma hər şey əladır, hər şey çox gözəldir!"
Janna Kalma bizə bir şeyi də deyir əslində. Hər şeydən zövq almağı. Həyat çətinliklərlə doludur, bəzən ağrılı günlər gələr, kədər bizi öz kobud qolları arasında sıxar, ayrılıqlar bizimlə görüşə gələr və sevdiyimiz, dəyər verdiyimiz insanların