Polad

Polad
@whospolad
5 okur puanı
Şubat 2024 tarihinde katıldı
“Xəyanət”
“ Polkovnik Qasımlı həyatda az şey görməmişdi. Hər cür hadisə ilə olduğu kimi, xəyanətlə də qarşılaşmışdı. Ancaq yenə də, bu iyrənc, bu mənfur, bu dəhşətli hərəkətə, bu qorxunc sözə öyrəşə bilmirdi. Axı bu insanlar niyə bir-birlərinə xəyanət edirlər? Təkcə insanlarmı? Bəli, insanlar! Qaplan yadına düşdü. Məlikxanlının iti... Sədaqətə bir bax! Sahibinin ayrılığına dözə bilmədi yazıq heyvan... ”
Sayfa 326 - ELGÜN Nəşriyyatı·Kitabı okudu
Reklam
“ Həyat yoldaşı faciəli şəkildə öləndən sonra heç bir qadına ayrı nəzərlə baxmamışdı. Ayrı nəzər deyəndə ki, Qasımlı heç vaxt xırda və keçici hisslərlə yaşayan adam olmamışdı. Qadın düşgünlüyü, ağlı ehtirasa təslim etmək onun nifrət etdiyi xüsusiyyətlərdən idi. O, öz peşəsini sevirdi və bütün həyatını da buna bağlamışdı... ”
Sayfa 31 - ELGÜN Nəşriyyatı, Qanbay Qasımlı·Kitabı okudu
“ Bilirdi ki, həyat məntiqsiz görünən hadisələrlə doludur və hər bir məntiqsiz hadisənin özünü də gec-tez məntiqlə izah etmək olur. ”
Sayfa 254 - TEAS Press, Qanbay Qasımlı·Kitabı okudu
"Görünməyən İzlər”
“... - Orada heç bir iz görünmür, - yenə Camalzadə dilləndi. - Baxmışıq. Qadın ayaqqabısının izləri xalçanın başqa yerlərində var idi. Ancaq çox solğun. Onları da biz tapdalayıb pozmuşuq. Masanın altında isə əvvəldən heç bir iz görmədik. Qasımlı yerində dikəlib, əlini plaşının cibinə qoydu: - Bəzən görünməyən izlər görünən izlərdən daha çox şey deyir... ”
Sayfa 63 - TEAS Press, Qanbay Qasımlı·Kitabı okudu
“ Pərvanə xanım bir şeyi anlaya bilmirdi. Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar. Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş?! Axır ki, anlaya bilmirdi bunu... ”
Sayfa 176 - TEAS Press·Kitabı okudu
Reklam