“ İblisin yarandığı gündən işi - peşəsi ancaq insanlar arasına nifaq salmaq olub. İnsanlar onun ucbatından bir - birilərinə pislik edirlər, öldürürlər. Millətlər, dövlətlər onun qızışdırmasıyla bir - biri ilə müharibə edir. Və çox vaxt yerin - göyün hökmdarı olan Tanrı da onun xain əməllərinin qarşısını ala bilmir. Niyə? Çünki iblis əvvəlcə insanın qəlbinə girib onu Tanrıdan döndərir, sonra isə qəlbini xain fikirlərlə doldurub onun özünü iblisə çevirir. ”
“... Bizdə isə əlavə olaraq bu günə “aldatma günü" də deyilir. İlin hər günündə bir - birimizi aldatmağımız azmış kimi, bunun üçün xüsusi gün də ayırmışıq.”
“Qısqanclıq sevgi "xörəyini" daha ləzzətli etmək üçün nəzərdə tutulmuş istiotdur və "xörəyə" qədərində qatılmalıdır. Heç qatılmasa, sevgi dadsız olar, qədərindən artıq qatılanda isə zəhərə çevrilər.”
“... Belə düşünürəm ki, xəyanət məhfumu insan adına yaraşmayan bir şeydir...
- Baxın, burada səhv edirsiniz, - polkovnik ona etirazını bildirdi, - Xəyanət, əslində, ən çox insana aid bir xüsusiyyətdir. Heyvanların əksəriyyəti xəyanəti bacarmırlar.”