Bu bənzəyiş nədən gözüm
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Sən bir mələksən ki, baxıb qaşına
Əlində şairin titrəmiş qələm!
Anıldıqca sənin sevgili adın
Bulmuş kamalını şerin hünəri.
Qarşında diz çökmüş, ey gözəl qadın, Dünyanın ən böyük sənət ərləri.
Bir qul idim gecə-gündüz sizlərə,
Yazıq, bəni güldürmədin bir kərə,
Baxıb şimdi əlindəki izlərə,
Sən ağlama, bən ağlayım, gözəlim!
Bən baxarkən sən vurduğun yaraya,
Şimdi zalim fələk girdi araya.
Bax, xəstə qəlbimlə gəldim haraya,
Sən ağlama, bən ağlayım, gözəlim!