Ürəyi sızladı dost yarasından,
Xəbəri olmadı öz yarasından,
Uçulan evinin xarabasında
Özgəyə təzə ev tikdi bu adam.
Bu gün o adamı gördüm güzgüdə;
Yox-yox, mən deyiləm, yox-yox, özgədi!.. İlahi, gör məni necə gizlədib,
Elə güzgüdə də təkdi bu adam...
Bu bənzəyiş nədən gözüm
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!