Spoiler!!
Təsirindən çıxa bilmədiyim kitablardan biri oldu bu kitab.Kitabda həm bir sevgi hekayəsi,həm də inanılması mümkün olmayan ama mümkünsüz də olmayacaq bir elmi kəşvdən bəhs edilir.Məncə vurğuladığı ən əsas yer insanların bir birinin bədənlərini yox,ruhunu sevdiyini,sevgin beyində və ruhda var olduğudur.Həqiqi sevginin isə bədənlər dəyişsə də,aradan uzun müddət keçsə də unudulmadığı və kiçik qığılcımlarla eyni ağılda başqa bədənlərdə yenidən həyata qayıtmasıdır.Bəli bu həqiqətdən uzaq kimi görünür,ama bəlkə də bu həqiqətdir.Hop və Coşun sevgi hekayəsi və üfüqün əks tərəfində onların ruhlarının fərqli bədənlərdə bir birlərini tapması məni çox duyğulandırdı.Möcüzələrə və sevginin gücünə inananlar üçün çoox gözəl bir kitabdır.