Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Yaradanın təkliyi haqqında
Ağıl qiyas ilə çalışıb durar, Onu dərk etməkçün dəlil axtarar. Düşüncənə daha yol vermə artıq, Qarşına ya dağ çıxar, ya da qaranlıq. İdrakın çatırsa vahid Allaha, "Nədir və necədir?" - soruşma daha. İşıq axtardığın alovlu şamdan, Onun təkliyinə sübut taparsan. Gah qara torpaqdan reyhan yaradır, Gah sudan bizimtək bir can yaradır. Bizə ağıl verdi tanıyaq onu, Bəsirət verdi ki, tutaq yolunu.
Yaradanın təkliyi haqqında
Qasid kimi gəldin ordan bura sən, Burdan keç ki, yenə ora yetəsən. Çox asan görünər dərk etmək onu, Lakin heyrət olar bu işin sonu. Böyük Yaradanı duymağa meyar, Dəlildən, qiyasdan başqa nə olar?!