Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ali Hamaney

Ali Hamaney250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
282
Okunma
59
Beğeni
5,7bin
Görüntülenme

Ali Hamaney İletileri

Ali Hamaney iletilerini, Ali Hamaney okur görüşlerini 1000Kitap'ta bulabilirsiniz.
1 sene askerlik yaptım hadi askerlik yaptığım yer terör bölgesi değildi ama istihbaratçılık dönemimde şehit haberi yazmak dışında ülkemizle ve komşu ülkelerle alâkadar ağır konulara denk gelmedim haberde izlemek haricinde ama bu kitap dehşet bir şekilde Filistin'in mazlum bir devlet olduğunu daha ilk sayfalardan tokat gibi vuruyor insanın yüzüne. Bir de öyle üstünden geçmiyor. Hiç hayatınız da en basit "salak, manyak" bile dememişseniz bu kitabı okuduktan sonra Abd, İngiltere ve diğer siyonist ülkelere haykıra haykıra küfredersiniz. Milletin müslümanlarla ne düşmanlığı varmış arkadaş. İmkânınız iyise hiç düşünmeyin alın okuyun bu kitabı.
Filistin
Filistin
Reklam
Kadın
Ali Hamaney
Ali Hamaney
Allah İslam ümmətinin ardıcılları üçün on xüsusiyyət sayır. Birincisi İslamdır, yəni Allahın qarşısında təslimçilik. Sonuncusu zikr və Allahı yad etməkdir. Bunların heç birində qadınla kişi arasında fərq qoyulmur. Ayədə belə deyilir: Müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, sadiq kişilər və sadiq qadınlar...
Kadın
Ali Hamaney
Ali Hamaney
Yaradılışda qadının zərifliyi İlahi yaradılışa əsasən, qadın öz quruluşuna görə kişiyə nisbətən daha zərifdir. Buna görə qanunsuz, yaxud ağıl və məntiq hakimiyyətinin zəif olduğu bir mühitdə fiziki baxımdan daha qüvvəli və möhkəm olan zəif olanı zülm altında saxlayıb istismar edəcək. Təəssüf ki, bəşər həyatının əvvəlindən bu vəziyyət qarşıya çıxmışdır. Bu gün dünyada qadın və kişimünasibətlərində bu acınacaqlı vəziyyət müşahidə olunur.
Kadın
Ali Hamaney
Ali Hamaney
İslam dini qadın və kişi arasında insani dəyərlər baxımından bərabərliyi qəbul edir, amma özəl vəzifələr baxımından yox. İslam qadına onun özünə məxsus rol tanıyır. Bu rol əsla kişinin rolundan kiçik deyil. Diqqət yetirmək lazımdır ki, qadının fizioloji və psixoloji quruluşu onu xüsusi vəzifələr üçün yararlı edir. Qadın və kişi bu vəzifələrin sərhədləri vasitəsi ilə bir-birindən ayrılırlar.
Kadın
Ali Hamaney
Ali Hamaney
Əgər bəşər cəmiyyətləri qadın və kişinin bəşər təbiətindəki yerini düzgün tanısa və onu icra etsələr, kamil ilahi quruluş həyata keçəcək; bu quruluşda hər bir varlıq öz varlığının faydasını lazım olduğu kimi bəxş edəcək, heç kəsə zülm olunmayacaq, heç bir istedad tələf olmayacaq, bəşəriyyət qadın və kişinin düzgün həmkarlığının və birləşməsinin xeyrindən çox faydalar götürəcək. İlahi quruluşda qadın və yaxud kişinin özünü digərindən daha vacib, daha zəruri və daha faydalı bilməsinə haqqı çatmır. Bu baxışda hamı bir səviyyədədir. Həyatda qadın və kişinin vahid rolu, bəşər həyatı sistemində varlıq aləmini təkmilləşdirmək məqsədi ilə iş görməyə əsaslanacaq. Bu mühüm məsələ qadın və kişinin yaradılışında ilahi hikmət baxışıdır.
Reklam
Kadın
Ali Hamaney
Ali Hamaney
Hər bir insanın yaradılışında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Buna görə də, qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə FatimeyiZəhra (s) və sonra tarixin digər böyük qadınlarıdır. Yəni Fatimeyi-Zəhra (s) bəşəriyyətin zirvəsindədir və ondan yuxarı heç kim yoxdur. Bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünü bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görə Allah-Talala QuraniKərimdə yaxşı və pis insanlara misal çəkmək istədikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir; birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir: Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar üçün isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Burada sual oluna bilər ki, misal vurduqda nə üçün həm kişi və həm qadın nümunələr göstərilmir. Quranın hər bir yerində iman gətirən insanlara misal çəkildikdə, yaxud kafirlərə misal göstərildikdə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyunca qadının məqamına qarşı yanlış və təəssüf ki, davamlı təsəvvürlərə İslamın dililə cavab verək? İslam tarix boyu qadın haqqında mövcud olan bu qeyri-obyektiv anlayış tərzinin, yanlış təsəvvür və üslubların qarşısını almaq istəyir.
Kadın
Ali Hamaney
Ali Hamaney
Əvvəldə öz İslam etiqadımı bəyan etməyi lazım bilirəm. Biz düşünürük ki, kişi və qadın özlərinin layiqli ictimai məqamlarını əldə etmək istəyirlərsə, gərək islami kimliyə malik qadın və kişiyə çevrilsinlər. Doğrudur, qadına qarşı tarixi zülm kişidən çox olmuşdur. Lakin bir çox cəmiyyətlərdə kişilər də çox zülmə məruz qalmışlar; əlbəttə, qadın cinsi tərəfindən yox, müstəmləkə quruluşları, zorla yeridilən mədəniyyətlər və bütün insaniyyətə qarşı icra olunan əzici üsullar tərəfindən. Buna əsasən, demək olar ki, kişi də qadın kimi tarix boyu özünün həqiqi insani şəxsiyyətinin əsas hissəsini əldən vermiş və özünə özgələşmişdir. Kişi də özünün əsl kimliyinə qaytarılmalıdır. Bu qaydaya əsasən, belə nəzərə çarpır ki, həm qadın və həmkişi İslamkimliyi olan kişi və qadın formasına qayıtmalıdırlar.
Kadın
Ali Hamaney
Ali Hamaney
Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam düşüncələri, o cümlədən qadına aid olanlar dünyada parlayır. Ümidvarıq ki, Allah-Taala bizə uğur bəxş etsin və biz bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, harada olsanız, bacardığınız qədər özünüzün imanınızı və İslam bilgilərinizi inkişaf etdirin, dərinləşdirin, öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətini təmin edəcək.
Kadın
Ali Hamaney
Ali Hamaney
İslamın qadın barəsində fikri qadın və kişinin yaradılış həqiqətlərinə və insan təkamülü zirvəsinə çatmaq üçün onların ehtiyaclarına əsaslanır. Şübhə yoxdur ki, İslamın fikrini dəqiq öyrənməklə və ona düzgün əməl etməklə bir çox problemlər həll olunacaq. Amma əfsus ki, bəzi insanlar əcnəbi ənənələrə, adətlərə və əcnəbi mədəniyyətlərin hədiyyələrinə daha çox əhəmiyyət verir, yanlış və səhv yol da davam etdirilir. Buna əsasən, qadının özünün həqiqi məqamında dura bilməsindən ötrü çox çalışmaq, fəaliyyət göstərmək və təbliğat aparmaq lazımdır.
42 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.