Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan author
Author
8.4/10
19 People
210
Reads
21
Likes
2,800
Views

Featured Ceyhun Hidayətli Posts

You can find Featured Ceyhun Hidayətli books, featured Ceyhun Hidayətli quotes and quotes, featured Ceyhun Hidayətli authors, featured Ceyhun Hidayətli reviews and reviews on 1000Kitap.
Bu dünyanın qəribə bir balansı var və nə qədər fikirləşsən də, həmin tarazlıqdan baş çıxara bilməzsən.
Sayfa 55 - KənanKitabı okudu
İnsanlar illər sonranın xəyallarını, planlarını qurub həyatlarını yaşayırlar, lakin beş dəqiqə sonra belə həyatın onlar üçün nələr hazırladıqlarından xəbərsizdirlər. Amma bəlkə də həyatı maraqlı edən cəhətlərdən biri də budur. Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağın heç bir marağı qalmazdı.
Sayfa 80
Reklam
206 syf.
7/10 puan verdi
·
Read in 25 hours
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?
Sayfa 203Kitabı okudu
206 syf.
9/10 puan verdi
Əqrəb Mövsümü
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015105 okunma
226 syf.
·
Not rated
·
Read in 4 days
Bəyaz Şeytan (White Devil )
İlk öncə onu vurğulamaq istəyirəm ki, kitab sadə dildə yazilib və hər yaşda oxyuycu rahatlıqla oxuya bilər va çox axıcıdır. Melvin adlı səxsin ölümünü çox titizliklə yerinə yetirən qatilin dedektiv Kanan Orucov tərəfindən axtarılmasından danışılır və 152-ci səhifədə marağı cəlb edən qıfıl bizi qarşılayır, qatili tapmaq üçün qıfılı açmaq lazım gəlir və əsəri diqqətlə oxusanız kodu tapmaq elədə çətin deyil müəllif bunun üçün lazımı ipucuları qeyd edib. Əsər çox maraqli sonla bitir. Xoş mütailələr!
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 059 okunma
Reklam
- İnsanlar çiy süd əmib, Qurban müəllim. Bəzən öz mənfəətləri üçün təbiətdəki ən vəhşi heyvandan daha vəhşi ola bilirlər.
Kənan telefon danışığını bitirdikdən sonra görüşməli olduqları yerə doğru hərəkət aldı. İyirmi dəqiqə sonra artıq "Mc Donald's" restoranının qarşısına çatmışdı. Nizami küçəsində yenə də həyat qaynayırdı. Bu küçə yenə də insanlarla dolu idi. Kənan sakit nəzərlərlə buradakı insan kütləsini müşahidə edirdi. Burada yüzlərlə fərqli insan, yüzlərlə fərqli həyat var idi. Bu insanlar illər sonranın xəyallarını, planlarını qurub həyatlarını yaşayırlar, lakin beş dəqiqə sonra belə həyatın onlar üçün nələr hazırladıqlarından xəbərsizdirlər. Amma bəlkə də həyatı maraqlı edən cəhətlərdən biri də budur. Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağın heç bir marağı qalmazdı.
Elə ikinizdə əqrəbsiniz.
Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən?
Sayfa 203
184 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.