Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan author
Author
8.4/10
19 People
206
Reads
21
Likes
2,746
Views

Ceyhun Hidayətli Reviews

You can find Ceyhun Hidayətli reviews, Ceyhun Hidayətli book reviews, Ceyhun Hidayətli ratings on 1000Kitap.
226 syf.
·
Not rated
·
Read in 4 days
Bəyaz Şeytan (White Devil )
İlk öncə onu vurğulamaq istəyirəm ki, kitab sadə dildə yazilib və hər yaşda oxyuycu rahatlıqla oxuya bilər va çox axıcıdır. Melvin adlı səxsin ölümünü çox titizliklə yerinə yetirən qatilin dedektiv Kanan Orucov tərəfindən axtarılmasından danışılır və 152-ci səhifədə marağı cəlb edən qıfıl bizi qarşılayır, qatili tapmaq üçün qıfılı açmaq lazım gəlir və əsəri diqqətlə oxusanız kodu tapmaq elədə çətin deyil müəllif bunun üçün lazımı ipucuları qeyd edib. Əsər çox maraqli sonla bitir. Xoş mütailələr!
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 058 okunma
206 syf.
9/10 puan verdi
Əqrəb Mövsümü
Əqrəb oxuduğum maraqlı dedektiv kitablardan biridir.Kitabi oxuyarkən təəccüblənməmək mümkün deyil.Mən bu kitabı oxuduqda öz-özümə fikirləşdim ki,bir insanın keçmişdə etdiyi səhv gələcəkdə necə böyük faciələrə yol aça bilərmiş...Kitabda məşhur biznesmen Qurban Kazımovun həyatının birdən-birə viran olmasından danışılır.Əslində bu viran birdən-birə
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
Reklam
206 syf.
·
Not rated
Düşünürəm ki, serial əsərdən daha uğurludur. Serialda olan dəyişikliklər əla alınıb. Güclü aktyor heyəti və məntiqi ardıcıllığın qorunub saxlanılması mükəmməl idi. Kitab isə ümumilikdə maraqlı olmasına baxmayaraq bəsit idi.
Əqrəb
Əqrəb
Ceyhun Hidayətli
Ceyhun Hidayətli
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
7/10 puan verdi
·
Read in 25 hours
"Əqrəb"siz cəmiyyət
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
10/10 puan verdi
·
Read in 7 hours
Ceyhun Hidayətlinin "Əqrəb" romanı mənə çox təsir elədi.Sözün açığı bu əsəri oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Yazar əsərdəki qəhrəmanların duyğularını elə gözəl qələmə almışdı ki,özümü də o ailənin fərdi kimi hiss edirdim,onların yaşadıqları acını mən də yaşıyırdım.Kitabın axıcı və maraqlı olması ,onu bir göz qırpımında bitirməyimə səbəb oldu. Əsər, məşhur biznesmen Qurban Kazımovun səhvi ucbatından, iki ailənin faciəvi şəkildə dağılmasından danışır. Törədilmiş qətillərin aşkara çıxması üçün ,dedektif Kenan Orucova iş tapşırılır. Türkiyədə tanınmış olan dedektif Kenan Orucov hər bir cinayətin üstəsindən gəldiyi kimi ,bu cinayəti də aydınlaşdırır və əqrəbin əslində kim olduğunu tapır.Bunun müqabilində ,Qurban Kazımov dedektif Kenan Orucova yüklü miqdarda pul saxlayır.Yalnız Kenan Orucov həmin pula əl vurmadan birbaşa yetimlər evinə bağışlayır. Növbəti əqrəblərin yetişməməsi,oradakı uşaqların cəmiyyətimizə yararlı bir gənc kimi formalaşması üçün bunu kiçik bir yardım kimi edir. Xoş mütaliələr.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
206 syf.
·
Not rated
·
Read in 16 hours
Ailə’nin dəhşətli Sonu.
Spoyler ola bilər! Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən Heçbiriniz haqqlı deyilsiniz. Salam 1k ailəsi. Bu ay oxuduğum bir kitabın daha sonuna gəldim, dedektiv kitabları sevsəmdə doğrusu çox oxuyan deyiləm. İlk kitabı oxudum daha sonra serialını izlədim Serial daha marağlı alınıb. Əsər haqqında fikrim isə Həmişə Dediyim bir söz var Nə Tanrı nə İnsanlar Valideyinlərin cəzasını övladlarından çıxmasın.Burada Nə Kərimin,Nə Kamranın, Nə Nailənin nə Nurlanın, nə də heç bir günahı da qəbahəti də yox idi. Hər birinizə xoş mütaliələr. Ümid edirəm real həyatda Nə Qurban müəllim kimi mala-mülkə Sevdiyi Qadını tərk edənlərə, Nə də cinayətkar kimi əqrəblərin oyununa gəlmərik. Sağlıqla qalın.Növbəti kitab incələməsinə qədər görüşənədək.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
Reklam
206 syf.
10/10 puan verdi
·
Read in 3 days
Əsər hal-hazırda ekranlarda eyni adlı motivlərlə nümayiş olunan "Əqrəb mövsümü" serialını izləyərkən diqqətimi çəkdi. Serialın mövzusu o qədər maraqlı gəldi ki, bitməmiş əsəri oxumağa qərar verdim. Çox maraqlı, qeyri-adi süjet xəttinə malik dedektiv əsərdir. Əsəri bəyəndim. Hər kəsə tövsiyyə edirəm.
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
250 syf.
7/10 puan verdi
Bəyaz Şeytan
Kitab oxumağa yeni başlayan, o cümlədən detektiv əsərlərini yeni-yeni oxuyan hər kəsə tövsiyə edirəm. Axıcı süjet xətti və gözlənilməz sonluqla bitən əsər. Tam olaraq hamının bəyənəcyini düşünmürəm, çünki müəllif bəzi detayları xırdalıqlarına qədər verib ki, detektiv əsərlərində bu adətən rast gəlinən hal deyil. Lakin detektiv əsərləini yeni oxumaq üçün başlayanlara tövsiyə etmək olar. Xüsusilə kilid hissəsi marağı cəlb edir. Diqqətlə nəzər yetirildikə müəllifin buna aid parollar qoyduğunu və kilidi açıb davam etməyin mümkünlüyünü aydın bir şəkildə demək olar. o cümlədən əsər çox gözəl epiloq daxil edilmişdir ki, nəticə çıxara bilən hər kəs üçün dəyərli olduğunu düşünür, oxumaq istəyən hər kəsə xoş mütaliələr arzu edirəm.
Bəyaz Şeytan
Bəyaz ŞeytanCeyhun Hidayətli · 058 okunma
·
Not rated
Ceyhun Hidayətli - Əqrəb mövsümü
İlk öncə gənc yazarımız Ceyhun Hidayətlini uğurlu romanına görə təbrik edir, yaradıcılığında uğurlar arzu edirəm. Müəllifin "Beyaz şeytan" romanını diqqətimi çəkmişdi əvvəlcədən. Tezliklə əldə edib oxuyacam. Kaş ki gənclərimizə dəstək olsalar... Dedektiv janrını hədsiz dərəcədə çox sevirəm. Agatha Christie və Sherlock Holmes'dan
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015103 okunma
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.