Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Dilman Şahmerdanlı

Dilman ŞahmerdanlıHz. Əlinin Həyat Tərzi yazarı
Yazar
0.0/10
0 Kişi
2
Okunma
1
Beğeni
215
Görüntülenme

Dilman Şahmerdanlı Sözleri ve Alıntıları

Dilman Şahmerdanlı sözleri ve alıntılarını, Dilman Şahmerdanlı kitap alıntılarını, Dilman Şahmerdanlı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Döyüşlərdə Aldığı Yaralar
Eşq alovu cana düşdükdə insan heç bir ağrı-acını hiss etmir. Həzrət Əlinin varlığı başdan-başa ilahi eşq alovu ilə şölələnirdi.
Kamil insan varlığı zahirdə bir-birinə zidd görünən bütün üstün xarakter və səciyyələrin məcmusudur və onların hər biri məqamında aşkar olur.
Reklam
Kamil insan varlığı zahirdə bir-birinə zidd görünən bütün üstün xarakter və səciyyələrin məcmusudur və onların hər biri məqamında aşkar olur.
Doğruluq Və Əmanətdarlıq
.."Əlini Allahın Rəsulu yanında yüksək mərtəbəyə çatdıran şeylərə fikir ver və onlara əməl et. Həqiqətən də, Əlini Peyğəmbər yanında bu qədər hörmətli edən şey yalnız onun doğru danışmağı və əmanətdarlığı olmuşdur." Camaatın namazı, orucu, rüku və səcdələri sizi aldatmasın, baxın görün, onların doğruluğu və əmanətə riayət etməsi necədir? Əgər yerindədirsə, deməli, onları əsl namaz qılan və oruc tutan saymaq olar.
İnsan tərbiyəsinin ana kitabı Quranda buyurulur: - Əlinə gələn hər şeylər üçün sevinib həddini aşma, əlindən çıxan şeylər üçün isə qəmlənib ümidsiz olma. Onsuz da bir gün hər şeyi və hər kəsi itirəcəyik. Heç vaxt əldən çıxmayacaq, fani olmayacaq şeylər üçün çalışmaq lazımdır, sevincimiz və kədərimiz belə şeylər üçün olmalıdır.
Dinimizə görə, insanların bir-birindən üstünlüyü yalnız onların Allaha bəndəliyi baxımındandır.
Reklam
Ehtiyaclılarla Maraqlanmaq
Bəzi xeyriyyəçilər müəyyən vasitələrlə haralara və kimlərəsə kömək edirlər. Çox yaxşı olar ki, hərdən şəxsən özləri də məlum yerlərə gedib fəqirlərin gözlərinə hopmuş kədəri görüb, bu yandırıb-yaxıcı həyatı duysunlar. Bu, mənəvi cəhətdən saflaşmaq üçün lazımlı işlərdəndir.
İnsanın Şəxsiyyətinə Hörmət
İnsan Allahın yaratdığı ən uca varlıqdır. Bunu Allah Quranda "Həqiqətən də, Biz Adəm övladını əziz tutduq." ifadəsi ilə açıqlayır. Bir rəsmi təhqir edən şəxsin rəssamı təhqir etmiş sayıldığı kimi, insanı təhqir edən, kiçildən də onun Yaradanını təhqir etmiş sayılır.