Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elmar Şahbazov

Elmar ŞahbazovCənnətin Ətri yazarı
Yazar
7.0/10
7 Kişi
27
Okunma
3
Beğeni
558
Görüntülenme

Elmar Şahbazov Sözleri ve Alıntıları

Elmar Şahbazov sözleri ve alıntılarını, Elmar Şahbazov kitap alıntılarını, Elmar Şahbazov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Həyatımda ona məxsus nə varsa silib atırdım. Nömrəsini, telefonumdakı şəkillərini sildiyim kimi. Amma xatirələri silmək asan deyildi, insanı öldürüb yaşayan xatirələri. Ona olan pis sevgim ehtiyac halını almışdı, suya, havaya olan ehtiyac kimi. Buna alışmağa çalışırdım, havasız, susuz yaşamağa.
“Cənnətin ətri min illik məsafədən duyular”
Reklam
Həyatımda ilk dəfə idi ki, bədii ədəbiyyat oxuyurdum. Roman olduqca maraqlı idi, Markes sözlərdən möcüzələr yaratmışdı. Əsərin necə sonluqla bitəcəyini səbirsizliklə gözləyirdim. Bu möcüzə ilə qarşılaşmamışdan öncə “pullarını gör nəyə xərcləyirlər axmaqlar, kimlərinsə yazdığı cümlələrə”, – deyərək kitabların cansıxıcı, kitab oxuyanlarınsa ağılsız olduqlarını düşünürdüm. Markeslə oxucuların ağıllı, kitabların da maraqlı olduğunu anlamışdım.
Allah kino çəkənlərin evin yıxsın, baxırlar o kinolara, sonra da belə deyirlər.
Yetim bir uşaq günlər öncə itirdiyi anasını sabah da görməyəcəyini başa düşərək hər gecə yatağa girdiyində necə məyus olursa, mən də elə məyus oldum.
Zaman keçdikcə çox şeyi dəyişdirirdi. Ən pisi də insanları dəyişdirməsi idi.
Reklam
Hər şeyin düşündüyüm kimi olacağını, kiçik arzularımın yerinə yetəcəyini sanırdım, böyük həyat imtahanının qarşıda məni gözlədiyindən xəbərsiz olmayacaq xəyallar qurur bəzəyir, yeni xəyallar dalınca qaçırdım.
Bilirdim belə deyəcəksən, ancaq içimdə közərən kiçicik ümid, o məcbur etdi məni. Mən razıyam, razıyam ki, dost qalaq, ən azından üzünü görəcəm, – deyib üzündəki gerçək hissi gizlətməyə və gülümsəməyə çalışdı.
Ən böyük xəyalım xoşbəxtliyi qazanmaq üçün pul qazanmaq idi. Pulun varlığı məni xoşbəxt etməyəcəkdi, pulun gücü ilə xoşbəxt olacaqdım, kasıblara, əlacsızlara yardım edərək, acların qarnını doyuraraq, kimsəsizlərə kimsə olaraq...
Sənsizlik dumanlı dağ yolunda maşın sürmək kimidi, yolun irəlisin görmək olmur. Ölüm addım-addım solunda gəzir. Bu korluqda hər an yolunu aza, yamacdan yuvarlanıb qayalara çırpıla bilərsən. Sən mənim dünyamın nuru, günəşisən, qayıt başımın üstünə, qayıt öz səmana daha, ətrafımı alan qaranlığı, dumanı məhv et, qurtar məni. Bir daha yazıram, nə qədər yazmaq lazımdısa yazacam, BAĞIŞLA məni. Səni Sevirəm.”
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.