Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elmar Şahbazov

Cənnətin Ətri yazarı
Yazar
7.0/10
7 Kişi
27
Okunma
3
Beğeni
569
Görüntülenme

En Yeni Elmar Şahbazov Sözleri ve Alıntıları

En Yeni Elmar Şahbazov sözleri ve alıntılarını, en yeni Elmar Şahbazov kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
“Cənnətin ətri min illik məsafədən duyular”
Allah kino çəkənlərin evin yıxsın, baxırlar o kinolara, sonra da belə deyirlər.
Reklam
Yetim bir uşaq günlər öncə itirdiyi anasını sabah da görməyəcəyini başa düşərək hər gecə yatağa girdiyində necə məyus olursa, mən də elə məyus oldum.
Zaman keçdikcə çox şeyi dəyişdirirdi. Ən pisi də insanları dəyişdirməsi idi.
Hər şeyin düşündüyüm kimi olacağını, kiçik arzularımın yerinə yetəcəyini sanırdım, böyük həyat imtahanının qarşıda məni gözlədiyindən xəbərsiz olmayacaq xəyallar qurur bəzəyir, yeni xəyallar dalınca qaçırdım.
Həyatımda ilk dəfə idi ki, bədii ədəbiyyat oxuyurdum. Roman olduqca maraqlı idi, Markes sözlərdən möcüzələr yaratmışdı. Əsərin necə sonluqla bitəcəyini səbirsizliklə gözləyirdim. Bu möcüzə ilə qarşılaşmamışdan öncə “pullarını gör nəyə xərcləyirlər axmaqlar, kimlərinsə yazdığı cümlələrə”, – deyərək kitabların cansıxıcı, kitab oxuyanlarınsa ağılsız olduqlarını düşünürdüm. Markeslə oxucuların ağıllı, kitabların da maraqlı olduğunu anlamışdım.
Reklam
Bilirdim belə deyəcəksən, ancaq içimdə közərən kiçicik ümid, o məcbur etdi məni. Mən razıyam, razıyam ki, dost qalaq, ən azından üzünü görəcəm, – deyib üzündəki gerçək hissi gizlətməyə və gülümsəməyə çalışdı.
Həyatımda ona məxsus nə varsa silib atırdım. Nömrəsini, telefonumdakı şəkillərini sildiyim kimi. Amma xatirələri silmək asan deyildi, insanı öldürüb yaşayan xatirələri. Ona olan pis sevgim ehtiyac halını almışdı, suya, havaya olan ehtiyac kimi. Buna alışmağa çalışırdım, havasız, susuz yaşamağa.
A bala, sən gəl mənə kömək elə, – məni göstərərək: – Allah bilir bunun fikri hansı qızın yanındadı, – dedi. O nur üzlü ağbirçək sanki beynimi oxumuşdu. “Hardan bildi?” – deyə düşündüm və xaladan şübhələndim. Nəticədə bu sözlərin şablon ifadələrdən biri olduğunu xatırlayaraq rahatladım.
Sənsizlik dumanlı dağ yolunda maşın sürmək kimidi, yolun irəlisin görmək olmur. Ölüm addım-addım solunda gəzir. Bu korluqda hər an yolunu aza, yamacdan yuvarlanıb qayalara çırpıla bilərsən. Sən mənim dünyamın nuru, günəşisən, qayıt başımın üstünə, qayıt öz səmana daha, ətrafımı alan qaranlığı, dumanı məhv et, qurtar məni. Bir daha yazıram, nə qədər yazmaq lazımdısa yazacam, BAĞIŞLA məni. Səni Sevirəm.”
28 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.