Enes Ünal

Enes Ünal

Yazar
6.5/10
2 Kişi
·
2
Okunma
·
0
Beğeni
·
5
Gösterim
144 syf.
·6/10
Günlərin bir günü məhəllələrində qarşılaşdığı qıza aşiq olan gənc də bu yolun yolçusu olur, cavabsız sevgi yaşayır, əzab çəkir, yorulur, yıxılır, durur, yenə yoluna davam edir, yenə yıxılır, yenə qalxır və bu qısır döngə beləcə davam edir. Bu yolda nə qədər çapalasa da sevdiyindən müsbət cavab ala bilmir ki, bilmir. Artıq müalicəsi olmayan yarasının sağalacağına ümid edərək çarəni yazmaqda tapır. "Bunları yazabildiğime bile çok mutluyum, bu kadar şeyi içimde saklayamazdım" (s.96)- deyir. Dəfələrlə "yox" cavabı alan müəllif ümidsizliyə qapılmayıb, son çarə olaraq kitab yazıb, bəlkə sevdiyi qız oxuyar deyə, bəlkə kiçik bir işıq parıltısı görünər, onun yanmış ürəyinə su səpər deyə. Müəllif sevdiyini tərk edə bilmir, çünki duyğularında "Daha derinlerinden gelen ve çok yüksek mertebelere ulaşan hisler" (s.56) var. Çünki "Mektuptan ziyade bir kitapla daha çok hatırlanacağımı düşündüm" (s.138) deyə özünün təsəllisi var. Və ümidlidir, hələ də ümidli... Filosof Nitsşe yazmışdı ki, "Ümid pisdir, əzabları uzadır". "Sən oxuyasan deyə yazdım" kitabının müəllifi isə "Sana bir kitap yazacak kadar seni çok seviyorum!" (s.139)-deyir və ümid bəsləməkdən bezmir, iztirabları da qəbul edib və sevgilisinin yolunu gözləyir...
Yazının devamı: https://www.ceylanmumoglu.com/...oxuyasan-deye-yazdim

Yazarın biyografisi

Adı:
Enes Ünal
Unvan:
Yazar

Yazar istatistikleri

  • 2 okur okudu.