"- Ömür nədir ? - Belə anlarda Aliyə görürdü ki, onun sual vermək tərzindən Həmidin xoşu gəlir. Ona görə də həvəslə davam edirdi.
- Ömür - bir ruhun məhbəs həyatıdır. " Ömür bir ruhun məhbəs həyatıdır " , - Aliyə öz-özünə cavabı təkrar edib, - nəsə anlamadım, çox qəliz oldu, - deyərək, tələsik növbəti suala keçdi :
- Bəs ruh nədir
Hər on beş saniyədən bir bu dünyada bir insan doğulur.
Hər on səkkiz saniyədən bir bu dünyada bir insan ölür.
Demək ki, bu dünyada insanın doğulması ilə ölməsi arasinda cəmi üç saniyə vaxt var.
Sənsə deyirsən ki, bir dəqiqə gözlə gəlirəm...