Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İlqar Resul

İlqar ResulGetme yazarı
Yazar
9.6/10
7 Kişi
21
Okunma
7
Beğeni
628
Görüntülenme

İlqar Resul Sözleri ve Alıntıları

İlqar Resul sözleri ve alıntılarını, İlqar Resul kitap alıntılarını, İlqar Resul en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"- Ömür nədir ? - Belə anlarda Aliyə görürdü ki, onun sual vermək tərzindən Həmidin xoşu gəlir. Ona görə də həvəslə davam edirdi. - Ömür - bir ruhun məhbəs həyatıdır. " Ömür bir ruhun məhbəs həyatıdır " , - Aliyə öz-özünə cavabı təkrar edib, - nəsə anlamadım, çox qəliz oldu, - deyərək, tələsik növbəti suala keçdi : - Bəs ruh nədir
Sayfa 86 - Qanun NəşriyyatıKitabı okudu
Biz insanlar bəzən ən saf, çılpaq hisslərimizə də bəhanə donu geyindiririk.
Reklam
Hər kəsin qatili öz içindədir.
-Deyirsiniz yəni mən də ölməmişdən öləcəyəm? -İçindəki qatili cəllada çevirsən hə.
Sevdiyinin qədrini vaxtında bil ki, sonra içində ona heykəl qoymağa ehtiyacın olmasın.
Adam var qatar kimidir, yolun üstündəki müvəqqəti dayanacaqlarda azacıq ləngiyib keçər. Adam da var ki dayanacaqdır. Ömür boyu hey keçən qatarların arxasıyca baxıb qalar.
Birindən getməyin ən rahatı, hər şey sanki öz yolundaymış və getməyə də heç bir səbəb yoxmuş görünəndə getməkdir. Sakit. Səssiz. Biraz təbəssümlə, həm də xəbər etmədən. Müzakirəsiz. Mübahisəsiz.
Reklam
Olmayan sözlər var bu dünyada. Gəlin içək həmin o çox şey ifadə edən olmayan sözlərin sağlığına.
Keçmiş təkrar yaşanmır, yalnız xatırlana bilir. Nəsə təkrarlanırsa, artıq o, keçmiş deyil, sadəcə, tam keçməmiş bir prosesin bitmək üçün başlayan davamıdır. Gec-tez zaman onu da udub keçmişə çevirəcək. Ta dünya yaranandan belədir: bütün gələcəklər keçmişdə qalır...
Sayfa 8 - Qanun NəşriyyatıKitabı okudu
Yox, əslində, onun içində günü-gündən böyüyən qəzəb, kin, nifrət deyildi. Tamam başqa bir hiss idi. Bu, insan narazılığının ən təhlükəli halı idi. Yorğunluq...
Sayfa 19 - Qanun NəşriyyatıKitabı okudu
"Adamlar belədirlər. Yorduqları, incitdikləri, əsəbiləşdirdikləri birinin içindəki hirsi, qəzəbi çölə çıxartmasından qorxarlar. Yəni adamın içində nə qədər istayir gərginlik, qəzəb yaransın, amma bu gərginlik, bu qəzəb çölə çıxmasın. Qorxarlar bundan. Əgər qarşılarındakı səbirli, təmkinli biridirsə, elə qorxa-qorxa da öz bildiklərini edərlər."
Sayfa 18 - Qanun NəşriyyatıKitabı okudu
93 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.