İlqar Resul

Getme yazarı
Yazar
9.6/10
7 Kişi
21
Okunma
7
Beğeni
680
Görüntülenme

İlqar Resul Sözleri ve Alıntıları

İlqar Resul sözleri ve alıntılarını, İlqar Resul kitap alıntılarını, İlqar Resul en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Həyatın zirvəsində olmayan azadlıq həyatın dibində var. Məhdudiyyətlərlə doludur bütün zirvələr. Bunu anlamaq üçün dibdə olmalısan, zirvədə yox."
Qanun NəşriyyatıKitabı okudu
"...əgər bağışlamağa həddən artıq meyllisənsə, ətrafındakılardan günahkarlar yaradacaqsan. Bağışlamaq o halda təhlükəli olmur ki, ətrafındakı istənilən adamı istədiyin vaxt silib ata biləcək qədər gücün var. İnsan həmişə bağışlamamalıdır. Axı o, Allah deyil. Bax bu dünyada şərin çox vaxt qalib gəlməsinin əsas səbəbi də xeyirin onu bağışlamasıdır..."
Sayfa 88 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
"Əslində, həyatın ən hündür zirvəsi onun dibidir. Burada heç bir yazılı qayda-qanun işləmir. Heç bir qondarma kompleks yoxdur. Həyatın zirvəsində olmayan azadlıq həyatın dibində var. Məhdudiyyətlərlə doludur bütün zirvələr. Bunu anlamaq üçün dibdə olmalısan, zirvədə yox."
Sayfa 179 - Qanun NəşriyyatıKitabı okudu
Ruhunu ağzinda çeynəyib yenidən udur çox vaxt yalnız uşaqları üçün yaşayan qadınlar .
"Bir az kobud da çıxsa, deyəcəm, böyük mənada götürəndə, bu dünyada qadına layiq kişi yoxdur. Nə qədər naqislikləri olsa da, həyat tərzi, dərd-sər baxımından müqayisədə qadın kişidən daha çox insandır. Ona görə ki, yer üzündə atılmış, unudulmuş, həyatı puç edilmiş qadınların sayı kişilərinkindən xeyli çoxdur."
Sayfa 46 - Qanun NəşriyyatıKitabı okudu
"Bilirəm, dərdin var. Onu da bilirəm ki, insanı səbəbin narahat etdiyi qədər heç bir təsəlli rahat etmir. Amma axır da torpaq da özününkünü götürəcək, göylər də. Sən ancaq oğul - uşaqda, dost - tanışda, bir də, bacarsan, dəftər - kitabda qala bilərsən. Həyat ölümün elçi daşı, ölüm həyatın baş daşıdır sonda. Ömür bir damla göz yaşıdır. Nə qədər ki yanağında qurumayıb, çıxar ayaqqabılarını, dənizə qaç. Sən ayaqqabılarını çıxartdığın yerdə dəniz olmasa belə..."
Qanun NəşriyyatıKitabı okudu
Reklam
92 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.