Keçmiş təkrar yaşanmır, yalnız xatırlana bilir. Nəsə təkrarlanırsa, artıq o, keçmiş deyil, sadəcə, tam keçməmiş bir prosesin bitmək üçün başlayan davamıdır. Gec-tez zaman onu da udub keçmişə çevirəcək. Ta dünya yaranandan belədir: bütün gələcəklər keçmişdə qalır...