İshaq İbrahimov

İshaq İbrahimov

Çevirmen
8.0/10
28 Kişi
·
4
Okunma
·
0
Beğeni
·
32
Gösterim
Adı:
İshaq İbrahimov
Tam adı:
İbrahimov İshaq İbrahim oğlu
Unvan:
Tərcüməçi, Tənqidçi, Ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi
Doğum:
Bakı, Azərbaycan, 21 Şubat 1921
Ölüm:
Bakı, Azərbaycan, 5 Temmuz 1987
İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi.

Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984). Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olmuşdur. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilmişdir. SSRİ döyüş medalları ilə təltif olunmuşdur. 1987-ci il iyulun 5-də vəfat etmişdir.
Yazara henüz alıntı eklenmedi.
88 syf.
·1 günde·Beğendi·10/10 puan
Həyatın ən sərt üzlərindən birinin hekayəsi...
Bir zamanlar inqilab iştirakçısı olmuş və dövləti üçün can qoymuş Polkovnik artıq öz dövləti tərəfindən unudulmuşdur. On beş ildir ki, ona təqaüdün verilməsini gözləyən Polkovnik, hər cümə günü poçta gedib bir xəbər gözləsə də, eşitdiyi yalnız "Polkovnikə məktub yoxdur" sözləri olur. Polkovnik sadiq, qürurlu, kasıbçılıq qarşısında sınmayan, ac yatan, amma digərlərinə ağız açmayan və sona qədər ümidini itirməyən obrazdır. Doqquz ay əvvəl güllələnmiş oğlundan - Aqustindən qalan döyüş xoruzunu bəsləyən Polkovnik, günlərlə ac qalsa da xoruzu satmağa ürək edə bilmir. Polkovnik və arvadı ilə paraleldə, sanki xoruz da əsərin baş qəhrəmanıdır və Aqustinin mübarizəsinin ölmədiyinin, eləcə də yaşlı insanların gələcəyə inamının simvoludur. Bu paralel Polkovnikin arvadının təqaüdün nə vaxtsa gələcəyini və xoruzun döyüşdə qalib gələcəyini eyni anda sual altına qoyduğu hissədə də hiss olunur. Ancaq Polkovnik sona qədər hər şeyin yaxşı olacağına ümidlidir. Axı, ən son ölən ümidlərdir.
192 syf.
·10/10 puan
Yazmaq istədiyi o uzun əsər idi.Hansı ki, sürgün və həbs olunması ilə bağlı yarım qaldı və daha ardı tamamlanmadı. Bu əsərin əsas obrazı valideynlərini itirmiş Netoçka və aşiq olduğu Katya idi. Himayəyə alınmış Netoçka bir müddət sonra Katyamı sevdiyini fərq edir. Qızlar bir biri ilə öpüşərkən, bu Madam Lotar (müəllim) tərəfindən görülmüşdür. Katya və Netoçkanı bir-birindən uzaqlaşdırdılar....
Bəs sonra nə oldu?Görüşə bildimi qızlar?
66 syf.
·5 günde·6/10 puan
Gabriel Garcia Marquez bu hekayəni yazdığı ən yaxşı əsər adlandırıb(Kırmızı Pazartesi-ni yazana qədər) Ola bilsin, ilk əsərlərindən biri olduğu üçün ona daha əzizdir. Amma mən "Yüz ilin Tənhalığı" romanını daha çox sevdim.

"Polkovnikə məktub yoxdur" əsəri oğlunu xoruz döyüşləri zamanı itirmiş qoca polkovnik və həyat yoldaşının yoxsul amma ümidlərlə dolu həyatından bəhs edir. Onların yalnız ümidləri var və həyat hər şeyi əllərindən alsa da ümidlərini belə asanlıqla itirməyə niyyətləri yoxdur. Yoxsul və gəlirləri olmadığı üçün evindəki əşyaları satmağa başlayır, oğlundan qalan döyüş xoruzunu da oğlunun dostlarının təkidi ilə bəsləyirlər ki, bəlkə döyüşləri qazanar, əllərinə pul keçər. Polkovnik müharibə veteranıdır, 15 ildir gözləyir ki ona təqaüd verilsin. Hər cümə günü limana təqaüd alacağı haqqında təsdiq məktubunu almağa gedir. Amma poçtalyonun cavabı həmişə eyni olur "Polkovnikə məktub yoxdur".
413 syf.
·113 günde·Beğendi·9/10 puan
Çingiz Aytmatovun yazı üslubu mənə Jack Londonu niyəsə xatırladır.Bəlkə də obrazları təsvir və tərənnüm qabiliyyəti,təbiətin bədii boyalarla əksi hər iki sənətkarın yaradıcılığına xas olduğu üçün belədir.
400 syf.
·Puan vermedi
" Gün var əsrə bərabər" romanı bu böyük yazıçının ən kamil, müdrik əsərlərindəndir. Bu əsərdə ən balaca bir işarədən tutmuş adi nöqtələrə qədər hər şey əvvəlcədən düşünülmüşdür. Belə ki, ilk səhifələrdə o qədər də diqqəti cəlb etməyən və bəlkə də əhəmiyyətsiz görünən bir detal o biri səhifələrdə zəruri bir detalla və ya önəmli bir fikirlə tamamlanır. Yalnız onda başa düşürsən ki, ilk səhifələrdə sənə əhəmiyyətsiz görünən sözlər və yaxud cümlələrin nə qədər böyük əhəmiyyəti varmış ".

Yazarın biyografisi

Adı:
İshaq İbrahimov
Tam adı:
İbrahimov İshaq İbrahim oğlu
Unvan:
Tərcüməçi, Tənqidçi, Ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azarbaycan SSR Əməkdar İncəsənət xadimi
Doğum:
Bakı, Azərbaycan, 21 Şubat 1921
Ölüm:
Bakı, Azərbaycan, 5 Temmuz 1987
İshaq İbrahimov 1921-ci il fevralın 21-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, İkinci Dünya müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. 1941-ci ilin sentyabrından Sovet Ordusu sıralarında əsgəri borcunu yerinə yetirməyə başlamışdır: ön cəbhədə əldə silah vuruşmuş, yaralanmış, müalicədən sonra yenidən cənub-qərb cəbhəsində topçu diviziyasında kəşfıyyat rəisi, ştab rəisi kimi döyüşlərdə iştirak etmişdir (1941-1942). Ağır yaralandığına görə hərbi xəstəxanada uzun müddət müalicə olunmuşdur (1942-1944). Ordudan tərxis ediləndən sonra Uşaqgəncnəşrdə tərcüməçi-redaktor işləmişdir (1944-1945). Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda bədii tərcümə ilə məşğul olmuşdur (1945-1948). "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında ədəbi işçi, məsul katib (1948-1952), Azərbaycan Radio Verilişləri İdarəsində bədii verilişlər şöbəsinin baş redaktoru (1952-1959), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib (1959-1962), C.Cabbarlı adına "Azərbaycanfilm"də ssenari şöbəsinin müdiri, eyni zamanda ssenari-redaksiya heyətinin üzvü (1962-1966), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio bədii verilişləri şöbəsində tərcüməçi, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktor vəzifələrində (1962-1975) çalışmışdır. Azərbaycan Yazıçılar İttifaqında tərcüməçilər bölməsi bürosunun sədri idi.

Azərbaycan Yazıçılar İttifaqının katibi seçilmişdir (1975-1984). Yazıçılar İttifaqı nümayəndələrinin tərkibində İraqda səfərdə olmuşdur. Azərbaycan KP 26 Bakı komissarı adına rayon komitəsi plenumunun, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü, Bakı şəhər Sovetinin deputatı seçilmişdir. SSRİ döyüş medalları ilə təltif olunmuşdur. 1987-ci il iyulun 5-də vəfat etmişdir.

Yazar istatistikleri

  • 4 okur okudu.
  • 2 okur okuyacak.